Nanə ATV-dən Anara görə gedib? - AÇIQLAMA



Aparıcı Nanə Ağamalıyevanın uzun illərdir çalışdığı "Azad Azərbaycan" (ATV) telekanalı ilə yollarını ayırdığı iddia olunur.
Musavat.com "qafqazinfo"ya istinadən xəbər verir ki, aparıcı şirkətdə vəzifəyə gətirilən stilist Anar Ağakişiyevlə aralarında yaranan fikir ayrılığı səbəbindən "Günün sədası" verilişinin ötəngünkü canlı efirindən sonra əşyalarını toplayıb və ATV-dən gedib.
Belə ki, A.Ağakişiyevə telekanalın efirinə çıxan aparıcıların saç və makiyajına nəzarət etməsi tapşırılıb. Rəhbərlik isə əməkdaşlarına bildirib ki, stilistin fikri ilə razılaşmayanlar işdən çıxa bilər. N.Ağamalıyevanın da gedişi bununla əlaqəlidir.
Bu gün isə ATV-də saat 15:00-a kimi profilaktika olduğundan aparıcı efirə çıxmayıb. Onun sabahkı efirə gəlib-gəlməyəcəyi isə sual altındadır.
Telekanalın mətbuat katibi Ozal İbrahimli açıqlamasında yayılan məlumatın əsassız olduğunu bildirib.
A.Ağakişiyev Axşam.az-a açıqlamasında bu məsələlərdən xəbərsiz olduğunu deyib.
Qeyd edək ki, bu barədə ilk xəbəri olay.az saytı yayıb.
Tarix: 28-01-2022, 16:20
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}