“Zabit elə oğlan deyil, niyə belə söz danışsın axı?!”

“Zabit elə oğlan deyil, niyə belə söz danışsın axı?!”
“Zabit Nəbizadə bu sözü deməklə çox böyük səhv edib. Hərə bir söz deyir. Zabit axı elə oğlan deyil, niyə belə söz danışsın axı?! O çox yaxşı sənətkardır. Heç onun bu cür sözü deməyinə inanmıram”
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Arif Babayev Zabit Nəbizadənin “Allah eləsin “Muğam müsabiqəsi” bərpa olunmasın” sözlərinə qarşılıq olaraq deyib. O daha sonra əlavə edib.
 
“Bu layihə Mehriban xanımın əziyyətinin bəhrəsidir, onun muğama verdiyi dəyər, töhfədir. O bizim muğamımızı göyün yeddinci qatına qaldırıb. Hətta deyərdim ki, dünya musiqisi muğam üzərində qurulub. Bu bir sirri xudadır. Mən də illərdir ki, “Muğam müsabiqəsi”-ndə münsif kürsüsündə əyləşirəm. İndi xəstəliklər baş alıb gedir deyə, müsabiqəni saxlayıblar. Yoxsa ki, bu müsabiqə hər il keçirilirdi. Görün indiyə qədər “Muğam müsabiqəsindən” nə qədər istedadlı xanəndələr üzə çıxıb, biz ortalığa çıxarmışıq. Onların bir çoxlarının da öz tələbələri var. Bunun nəyi pisdir ki? Təbii ki, müsabiqədən çıxanların hamısı sona qədər istedadlı olmaya bilər. Onlar sonradan öz üzərlərində daim çalışmalıdırlar. Allahdan möhlət istəyirəm və arzu edirəm ki, növbəti muğam müsabiqələrində də iştirak edim” deyə xalq artisti bildirib.

Tarix: 17-02-2022, 10:59
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}