Nura Suri: "Pulun varsa, ən əclaf adam olsan belə, yaltaqlanıb qarşında baş əyəcəklər"



"Pandemiya başlayan gündən həyatımız çox dəyişdi.
Baş verən hadisələr ilk növbədə psixoloji təsir etdi. Gözümüzü açırdıq ki, filan qədər insan xəstələnib, filan qədər dünyasını dəyişib, xəstəxanalarda yer yoxdur və sairə. Evlərimizdə dustaq olduq. Sonra 44 günlük müharibə hər gün şəhid xəbərləri bir başqa ağrı, göz yaşı, qorxu yaşatdı hər birimizə. Bir xoş hadisə torpaqlarımızın qayıtması oldu, sevindik. Yenə karantin, yenə xəstəlik. Özümüzü toparlamağa başlamışdıq ki, Rusiya-Ukrayna münaqişəsi yox, müharibəsi... İnsanların uzun illər əziyyət çəkib qurduqları həyat, evləri, işləri bir günün içində məhv oldu. Qaçqın oldular, uşaqlar həlak olur hər gün. Üçüncü dünya müharibəsi başlamaq üzrədir. Çox narahatam".


Pravda.az-ın xəbərinə görə, bunu müğənni Nura Suri bildirib.


"Üç ildir, “sabah düzələcək, bir az döz" deyirəm. özümə də, ətrafdakılara da. İnsanam axı, hisslərim var, biganə qala bilmirəm, uşaqlarımın gələcəyinə görə narahatam. Bu necə dünyadır insanlar qurub? Hamımız böyük zooparkın içindəyik, elə bil. Kim istəyir bomba atır, kim istəyir virus icad edir, kim istəyir bir günün içində insanların maddi durumunu sıfıra endirir. Yəni, bu dünyanı idarə edənlər həyatımızla oynayırlar istədikləri kimi. Biz ağılsızcasına yenə bu dünyaya insan gətiririk. Gətirik ki, onlar da əziyyət çəksinlər? Pulun varsa, ən əclaf adam olsan belə, yaltaqlanıb baş əyəcəklər qarşında. Pulun yoxdursa, şərəfin, ləyaqətin varsa, heç kəsin vecinə olmayacaqsan, yalnız vicdanın rahat olacaq, əziyyət çəkə-çəkə birtəhər dolanacaqsan. İnsanlar bir-birlərini sevə bilmirlər artıq. Hamının içində nifrət kök salıb. Dinə, millətlərə, irqə ayrı-seçkilik salıb nifrət etmək üçün bəhanə axtarır hamı. Tab gətirmək olmur bütün bunlara..." - N.Suri qeyd edib.
Tarix: 12-03-2022, 09:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}