“Avroviziya-2022” mahnı müsabiqəsinin qalibi bəlli olub



Azərbaycan Ukraynaya 12 səs verib
Ukrayna İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Avroviziya-2022” mahnı müsabiqəsinin qalibi olub. Siam.az xəbər verir ki, müsabiqənin finalında 25 ölkənin - Azərbaycan, Çexiya, Rumıniya, Portuqaliya, Finlandiya, İsveçrə, Fransa, Norveç, İtaliya, İspaniya, Niderland, Ukrayna, Almaniya, Litva, Belçika, Yunanıstan, İslandiya, Moldova, İsveç, Avstraliya, Böyük Britaniya, Polşa, Serbiya, Estoniya və Ermənistan təmsilçiləri yarışıb. 
Çıxışlar yekunlaşdıqdan sonra səsvermə başlayıb. Nəticələrə əsasən yarışın qalibi 631 səslə Ukrayna ("Kalush Orchestra" qrupu "Stefania" mahnısı ilə) olub. Azərbaycan Ukraynaya 12 səs verib. Beynəlxalq mahnı müsabiqəsində ikinci yeri Böyük Britaniya, üçüncü yeri isə İspaniya təmsilçisi tutub.
Tarix: 15-05-2022, 09:39
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}