Şəbnəm Tovuzlu: "Buradakı azərbaycanlılar Rusiyadakıların dırnağı ola bilməz"


Müğənni Şəbnəm Tovuzlu onun ifa etdiyi janrı tənqid edən həmkarlarına cavab verib.

"Azərbaycan Reallığı" xəbər verir ki, Lent.az-ın canlı yayımında qonaq olan ifaçı bu sözləri vurğulayıb:

"Mənim adım gələndə ağızlarını büzənlər, məndən artıq nə ifa edirlər ki? Mən olan toylarda siz ola bilmərsiniz. Çünki siz toy idarə edə bilmirsiniz. Sizi sadəcə toya çağırırlar, gəlib 3-5 fonoqram oxuyub gedirsiniz. İnsanlara düzgün musiqini təqdim edə bilmirlər.

Onların heç biri Nadir Qafarzadə kimi toy apara bilməz. Barəmdə nəsə deyən müğənnilər Nadir Qafarzadədən artıqdır? Bunlar elə bilirlər ki, onlar getdiyi restoranlara bizi dəvət etmirlər. Yalandır, hamısında da olmuşam".

Son zamanlarda Rusiyada toylara getməsi ilə gündəm olan Ş.Tovuzlu orada yaşayan azərbaycanlılardan danışıb:

"Orada elə azərbaycanlılar var ki, burdakılar onların dırnağı ola bilməzlər".
Tarix: 22-03-2023, 23:20
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}