Əhməd Vəliyevlə bağlı İLGİNC İTTİHAM - 17 ildir ki...
Millət vəkili, “Odlar Yurdu” Universitetinin rektoru, biznesmen, bankir Əhməd Vəliyev barəsində silsilə yazılar yazmaq niyyətindəyik.
Məqsədimiz bu adamı Azərbaycan cəmiyyətinə olduğu kimi tanıtmaqdır. Yəni artırmadan və əskiltmədən.
Tam səmimi deyirk ki, bizim Gundelik-Bakı olaraq hörmətli Əhməd Vəliyevin personası ilə zərrə qədər problemimiz yoxdur. Məqsədimiz media aynasında hər şeyi olduğu kimi ağı ağ, qaranı qara göstərməkdir.
Bəli, ilk olaraq ondan başlayaq ki, Odlar Yurdu Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 1996-cı il tarixli, 86 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir.
O vaxt hamı düşünürdü ki, professor Əhməd Vəliyev cəmiyyətimizin gələcəyini düşünərək bu ali məktəbi açıb.
Yəqin Əhməd müəllimin yaxşı yadında olar...
Əhməd müəllim Nərimanovda bir ev alqı-satqısı ofisindən xahiş etdi ki, ofisin qarşısında universitetin elan tablosu qoyulsun. Hətta 5-10 manat pul da təklif etdi. Amma ofis sahibi pulu götürmədi və icazə verdi ki, universitetə qəbulla bağlı elan ofisin qarşısında vurulsun.
Ondan sonra Əhməd müəllimin alveri başladı.
Savadı olmayan, ali məktəbə daxil ola bilməyənlər, yaxud əsgərlikdən yayınmaq istəyənlər hamısı üz tutdu Əhməd müəllimin universitetinə, əslində al-ver kantoruna.
Beləcə adi, cibi boş olan Əhməd müəllim yavaş-yavaş milyonçuya çevrildi.
Yeri gəlmişkən, Əhməd müəllim ixtisasca riyaziyyatçıdır, professordur. Amma riyaziyyatdan az-çox başı çıxanlar bilir ki, Əhməd Vəliyev alim kimi də çox zəif alimdir.
Nə isə, Əhməd müəllim gənc nəsili kor qoya-qoya, özü biznesmen milyonçuya çevrildi. Sonra haram yolla yığdığı pullarla bank açdı, inşaat biznesinə girişdi.
Bəli, riyaziyyatçı professor bankir oldu.
Şübhəniz varsa, buyurun “Muğanbank”ın rəsmi saytına baxın.
İndi görək “Muğanbank”ın əsl sahibi kimdir?
Bankın nizamnamə kapitalında pay bölməsində payçıların adları göstərilir:
1. Mehdiyev Elmir Maqbet oğlu - 63,50 % (Ə.Vəliyevin kürəkəni, eyni zamanda bankın Müşahidə Şurasının sədri)
2. Vəliyeva Vəfa Əhməd qızı - 12,05 % (Əhməd Vəliyevin qızı)
3. Mehdiyev Maqbet Rəhim oğlu - 13,10% (Ə.Vəliyevin qudası, Tibb Universitetinin dosenti, biologiya elmləri namizədi)
4. Mehdiyeva Fəridə Cahandar qızı - 11.35 % (Ə.Vəliyevin qudası )
Yeri gəlmişkən, Ə.Vəliyevin sahibi və rəhbəri olduğu Odlar Yurdu Universitetinin bank hesabları da bu bankdadır. Beləliklə, aydın olur ki, “Muğanbank” Əhməd Vəliyevin ailəsinə məxsusdur.
Özünüz gördünüzmü, burda TƏKZİB-MƏKZİB-in, metro Tağı Əhmədov demişkən, burcutmağın yeri yoxdur. Bank sənindir Əhməd Vəliyev.
Əhməd Vəliyev bilsin ki, elə məsələlər var ki, çox dərinə getmirik...
Yəqin oxucular bizi bu uzun yekə girişə görə bağışlayar.
Günah bizdə deyil Əhməd Vəliyev kimilərini cəmiyyətə tanıtmaq üçün belə uzun giriş lazımdır. Bunu növbəti yazılarda görəcəksiniz.
İndi isə keçək əsas mətləbə.
Bəli, yuxarıda qeyd etdiyimiz kimi Əhməd Vəliyev rektor olandan sonra bank və inşaat biznesinə girişdi.
“Muğanbank” ASC ilə barabər “ Jalə Biznes “ MMC-ni də yaratdı.
Və insanları aldadaraq əmlaklarını ələ keçirməklə məşğul oldu.
Bu Əhməd Vəliyev var haa, neçə-neçə insanın ürəyini partladaraq öldürüb. Bəli, öldürüb.
Bir binəva İsmayıl İsmayılov var idi...Var idi, çünki Əhməd Vəliyevin əməllərində ürəyi çatladı, öldü.
Ehh, düz 17 il əvvəl, yəni 2005-ci ildə Əhməd Vəliyevin “Jalə”sinin direktoru Nəbiyev Tofiq İbrahim oğlu Bülbül prospekti 42, 17 saylı mənzilin qanuni sahibi İsmayılov İsmayıl Nüsrət oğlu ilə müqavilə bağladı.
Müqaviləyə görə, 18 ay müddətində “ Jalə Biznes ” MMC mənzilin yerləşdiyi ünvanda tikdirəcəyi çoxmərtəbəli yaşayış binasınına görə, mənzilin sahibi İsmayıl İsmayılova 100 kvadrat metr qeyri-yaşayış sahəsi verməli idi.
2005-ci ildən 18 ay keçdi. Sonra bir 18 ay da keçdi. Sonra 5 il də keçdi.
Əhməd Vəliyev, o vaxtdan 17 il keçir. Bu məsələ ilə bağlı xeyli məhkəmə qərarları var.
Nə qədər kədərli olsa da, İsmayıl ismayılovun ürəyi dözmədi, dünyasını dəyişdi.
Bu barədə növbəti yazıda.
Bizi izləyin. //gundelik-baku.com//
Tarix: 23-09-2021, 09:49
-
Dünən, 23:20
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
-
Dünən, 22:44
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Dünən, 22:30
“Ərazisində silahlı terrorçu varsa, Azərbaycan nə etməli idi?!” - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 22:26
Regionda yeni reallıqlar - Pensiya maxinasiyası, ağ bilet süründüməçiliyi
-
Dünən, 22:19
Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları qətl etdi-FOTOLAR
-
Dünən, 22:16
Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi
-
Dünən, 22:11
“Azercell” paylaşdığı elana görə “2” aldı – Foto
-
Dünən, 21:53
İcra hakimiyyətləri prezidentin xüsusi nümayəndəliyi ilə əvəz OLUNUR? - İLGİNC GƏLİŞMƏ...
-
Dünən, 21:37
“Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO
-
Dünən, 17:34
Binəqədinin keçilməz yolları - VİDEO
-
Dünən, 17:19
Nazir olmaq istəyirdi, indi HƏDƏFƏ ÇEVRİLİB... - İDDİA
-
Dünən, 15:52
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Dünən, 12:31
“Oğlum xəstə ola-ola əsgər aparıblar” – Cəlilabad sakinindən şikayət – FOTO
-
Dünən, 12:19
Azərbaycanda 3871 nəfər Çernobıl əlili qeydiyyatdadır
-
Dünən, 12:18
Yeni Klinikada yoxlama: Saxlanılan var
-
Dünən, 12:17
Əliyevin tarixi gedişi: Berlinə aparılan “qovluq”da nələr var?
-
Dünən, 12:02
"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - nə baş verir?
-
Dünən, 11:34
Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...
-
Dünən, 09:54
Quru sərhədlərinin bağlı saxlanması təhlükəsizliyə görədir?
-
Dünən, 09:48
Daha bir bələdiyyə sədri iki vəzifəni icra edir - Qanunlar “çeynənib”?
-
Dünən, 09:44
Ramin Abdullayevlə tender şirkətləri arasında PUL DAVASI... - BU NƏDİ BELƏ?!
-
25-04-2024, 15:10
Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
25-04-2024, 15:01
Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ
-
25-04-2024, 14:54
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
-
25-04-2024, 14:53
Məhkəmə qərar verdi: İşdən çıxarılan baş həkim vəzifəsinə qaytarılmalıdır
-
25-04-2024, 14:07
Üstü bəzək, altı təzək BƏRDƏMİZ... - VİDEO
-
25-04-2024, 12:23
Bakıya göydən kürü yağıb: - İndi isə kilosu 2 min manatadır
-
25-04-2024, 12:12
“Poz-Qazan” camaatın ÖZ QAZANINI NECƏ BOŞ QOYUR... - VİDEO
-
25-04-2024, 09:59
Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert
-
25-04-2024, 09:57
Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?
{sape_links}{sape_article}