Vasif Talıbovun vəzifədə olan qohumları-SİYAHI


Vasif Talıbovun vəzifədə olan qohumları-SİYAHI


Naxçıvandakı son proseslərdən sonra Vasif Talıbovun aqibəti müzakirə olunur. 
Cebhe.info xəbər verir ki, jurnalist Həbib Müntəzir Vasif Talıbovun vəzifədə olan qohumlarının siyahısını yayıb.
Siyahı belədir:
- Naxçıvanın baş prokurorunun birinci müavini, Korrupsiyaya qarşı Baş İdarənin rəisi Məhərrəm Talıbov - Vasif Talıbovun qardaşı;
- Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi - Rza Vasif oğlu Talıbov - Vasif Talıbovun böyük oğlu;
- Naxçıvan Ali Məclisin deputatı, Naxçıvan Dövlәt Universitetinin prorektoru  Seymur Vasif oğlu Talıbov - Vasif Talıbovun kiçik oğlu;
-“Naxçıvanbank”ın Müşahidə Şurasının üzvü  Baharxanım Vasif qızı Talıbova - Vasif Talıbovun qızı;
- Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəhbər vəzifəli şəxsi, polis mayoru Salmanov İbrahim Ədalət oğlu - Vasif Talıbovun kürəkəni;
- Naxçıvan Təcili Tibbi Yardım Mərkəzinin baş həkimi, ""Tərəqqi" medallı Ədalət İbrahim oğlu Salmanov - Vasif Talıbovun qudası;
- Naxçıvanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş general-mayor Səxavət Salmanov - Vasif Talıbovun qudasının qardaşı;
- Naxçıvanın daxili işlər naziri olmuş  general-leytenant Fazil Nəriman oğlu Ələkbərov - Vasif Talıbovun qudası olub;
- Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi (Neftbaza), 33 saylı Naxçıvan şəhər Seçki Dairəsinin deputatı Əzimov Behruz Nurəddin oğlu - Vasif Talıbovun digər qudası;
- Naxçıvan Şəhər Gömrük İdarəsinin rəis müavini  Fəxrəddin Aslanov - Vasif Talıbovun bacısının əri;
- Naxçıvan Gömrük Komitəsinin sədr müavini Səbuhi Məhərrəm oğlu Novruzov - Vasif Talıbovun bacısının əri, yəni yeznəsi;
- DSMF-in Abşeron rayon şöbəsinin müdiri  Məhərrəm Novruzov, yeznəsinin qardaşı;
- Naxçıvanın Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı Şöbəsinin (ZAQS) rəhbəri Sənufər Soltanova  Vasif Talıbovun qaynanası. 
Tarix: 6-12-2022, 22:37
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}