Hədəfdə Azərbaycandırsa... - SAVAŞACAĞIQ!!!

Hədəfdə Azərbaycandırsa...
Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda bildirib.

Həmin ölkələrin, əslində, Azərbaycana qarşı soyuq müharibəyə başladıqlarını vurğulayan dövlətimizin başçısı bildirib ki, biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov "Sherg.az"a deyib ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsini həzm edə bilməyən bir sıra qüvvələr indi tərəfimizə əsassız ittihamlar səsləndirir:
"Başda Fransa olmaqla bir sıra dövlətlər üzv olduqları beynəlxalq təşkilatlarda Azərbaycana qarşı sənədlərin qəbuluna çalışırlar. Biz bunu AŞPA-nın Azərbaycana qarşı qətnaməsində də görə bilərik. Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu zamanda bu təşkilatlar bizim ərazi bütövlüyümüzün təmin olunmasında heç bir addım atmayıb. Bu qüvvələr bir tərəfdən Azərbaycana dəstək göstərdiklərini, sülhə tərəfdar olduqlarını sözdə bəyanatlarda göstərsələr də, realda işğala, təcavüzə, soyqırım cinayətlərini törədən tərəfə dəstək nümayiş etdirirlər".

Analitik vurğulayıb ki, Fransa, Yunanıstan və Hindistan Ermənistanı Azərbaycana qarşı silahlandıraraq bölgədə sabitliyi pozmağa, rəsmi İrəvanı revanşist siyasət aparmağa sövq etməyə çalışırlar:
"Bu bir sıra dövlətlərin Azərbaycana qarşı apardıqları soyuq müharibənin ən narahatedici məqamlarından biridir. Amma hər bir halda düşünürəm ki, onlar gələcəkdə Azərbaycanla əməkdaşlıq etmək amillərini göz önünə almalıdırlar. Çünki Azərbaycan Cənubi Qafqaz kimi həssas regionda aparıcı qüvvədir. Həmçinin Azərbaycan orta dəhlizinin üzərində yerləşir. Düşünürəm ki, bu gün bizə qarşı soyuq müharibə aparan dövlətlərin hər biri orta dəhlizdən yararlanmaq istəyir. Lakin onlar Azərbaycana qarşı bu qərəzli münasibətlərinə davam etsələr, rəsmi Bakı bu ölkələrə qarşı lazımi tədbirləri həyata keçirəcək".
Tarix: 25-04-2024, 09:53
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}