Elşad Miridən Ramazan açıqlaması: “Ya dinini, ya da özünü dəyiş”
Ramazan ayı Azərbaycanda hər zaman geniş müzakirələrə səbəb olur. Cəmiyyətdə təkcə dindarlarla ateistlər deyil, eləcə də oruc tutanlarla tutmayanlar arasında mübahisələr yaranır. Oruc tutan bəzi adamlar oruc tutmayan adamlardan özlərinə qarşı diqqət və həssaslıq tələb edirlər. Onların fikrincə, oruc tutmayan adamlar onların yanında yemək yeyə, su içə bilməz.
Bu nə dərəcədə doğrudur? Oruc tutan adamın yanında yemək yemək olarmı? Dində bununla bağlı qadağalar varmı? Oruc tutmayanlar tutanlarla münasibətdə necə davranmalıdır?
Yenisabah.az-a açıqlamasında tanınmış ilahiyyatçı Elşad Miri suallara aydınlıq gətirib.
Dinşünas düşünür ki, bunu dini bir format olaraq təqdim etməyin özü çox yanlışdır:
“Məsələn, evimizdə yoldaşım oruc tutur, amma birinci sinifdə oxuyan oğlumuz üçün yemək bişirir. Bişirməsinmi? Nə etsin? Ac saxlasın? Yaxud yanımızda gedən bir insan ola bilər, mən də orucluyam. Yanımızda insan da şəkər xəstəsi ola bilər ki, şəkəri düşəndə, ya da qalxanda nə isə yesin. İndi durub ona etiraz edim?!”
Elşad Miri deyib ki, oruc bəndə ilə Allah arasında olan bir məsələdir:
“Bunu insanlara niyə nümayiş etdirməliyəm? Yaxud buna görə kimdənsə niyə nə isə tələb etməliyəm? Belə bir haqqımız yoxdur. Mən namaz qıldığıma, yaxud oruc tutduğuma görə kiməsə nə isə demək ixtiyarım da yoxdur. Bu, insanların bir-birinə etik yanaşmasıdır ki, bir-birlərinə hörmətlə və qarşı tərəfin xətrinə dəyməyəcək formada məsələni həll etməyə çalışsınlar.
Kimin nə deməyindən asılı olmayaraq, bu sahədə olan bir insan kimi məsələyə hər zaman sadaladığım nüanslarla yanaşıram. Kim nə deyir, necə aqressiya nümayiş etdirir, bu, hər kəsin özü ilə bağlıdır. Əgər dini yanaşman budursa, ya dinini, ya da özünü dəyiş.
Məsələn, qonşun var, çalışırsan ki, səhər sahura duranda qonşun oruc tutmayıb deyə, asta addımlar atırsan ki, oyanmasın, narahat olmasın. Bunlar etik qaydalardır və bunu kimsə bizdən tələb etmir. Ona görə də yanaşma budur.
Bəzi Qərb ölkələrində müəyyən vaxtı keçəndən sonra evdə hansısa işləri görmək, evləri tozsoranla təmizləmək olmaz. Əgər qonşu bunu edirsə, bu adamlar gedib ona heç nə demir. Bir başa aidiyyəti qurumlara müraciət olunur ki, qonşum məni narahat edir. Düzdür, bu qonşuluq artıq funksiyasını itirir, amma adamların yanaşması budursa, bizimki də eynilə belə olmalıdır”.
Tarix: 23-03-2023, 16:41
-
Dünən, 23:20
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
-
Dünən, 22:44
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Dünən, 22:30
“Ərazisində silahlı terrorçu varsa, Azərbaycan nə etməli idi?!” - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 22:26
Regionda yeni reallıqlar - Pensiya maxinasiyası, ağ bilet süründüməçiliyi
-
Dünən, 22:19
Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları qətl etdi-FOTOLAR
-
Dünən, 22:16
Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi
-
Dünən, 22:11
“Azercell” paylaşdığı elana görə “2” aldı – Foto
-
Dünən, 21:53
İcra hakimiyyətləri prezidentin xüsusi nümayəndəliyi ilə əvəz OLUNUR? - İLGİNC GƏLİŞMƏ...
-
Dünən, 21:37
“Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO
-
Dünən, 17:34
Binəqədinin keçilməz yolları - VİDEO
-
Dünən, 17:19
Nazir olmaq istəyirdi, indi HƏDƏFƏ ÇEVRİLİB... - İDDİA
-
Dünən, 15:52
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Dünən, 12:31
“Oğlum xəstə ola-ola əsgər aparıblar” – Cəlilabad sakinindən şikayət – FOTO
-
Dünən, 12:19
Azərbaycanda 3871 nəfər Çernobıl əlili qeydiyyatdadır
-
Dünən, 12:18
Yeni Klinikada yoxlama: Saxlanılan var
-
Dünən, 12:17
Əliyevin tarixi gedişi: Berlinə aparılan “qovluq”da nələr var?
-
Dünən, 12:02
"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - nə baş verir?
-
Dünən, 11:34
Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...
-
Dünən, 09:54
Quru sərhədlərinin bağlı saxlanması təhlükəsizliyə görədir?
-
Dünən, 09:48
Daha bir bələdiyyə sədri iki vəzifəni icra edir - Qanunlar “çeynənib”?
-
Dünən, 09:44
Ramin Abdullayevlə tender şirkətləri arasında PUL DAVASI... - BU NƏDİ BELƏ?!
-
25-04-2024, 15:10
Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
25-04-2024, 15:01
Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ
-
25-04-2024, 14:54
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
-
25-04-2024, 14:53
Məhkəmə qərar verdi: İşdən çıxarılan baş həkim vəzifəsinə qaytarılmalıdır
-
25-04-2024, 14:07
Üstü bəzək, altı təzək BƏRDƏMİZ... - VİDEO
-
25-04-2024, 12:23
Bakıya göydən kürü yağıb: - İndi isə kilosu 2 min manatadır
-
25-04-2024, 12:12
“Poz-Qazan” camaatın ÖZ QAZANINI NECƏ BOŞ QOYUR... - VİDEO
-
25-04-2024, 09:59
Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert
-
25-04-2024, 09:57
Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?
{sape_links}{sape_article}