“Əri olmayan ərdən, əxlaqı olmayan da əxlaqdan danışır” - Telekanallarda biabırçı hal

660dd66488f5b202404242124

“Baxırsan, özünün ailəsi yoxdur, amma geninə-boluna ailə dəyərlərindən danışır, ailədəki münasibətləri incələyir”.
Bu fikirləri son vaxtlar efirlərə çıxarılan yalançı “eksper”tlərlə bağlı danışan aktrisa Zülfiyyə Eldarqızı Yenicag.az-a açıqlamasında deyib.
Belə halların qəbuledilməz olduğunu bildirən aktrisa onları qınaq atəşinə tutub: “Son dövrlərdə xeyli “psixoloq”, “yazıçı”, “dramaturq”, daha nə bilim, “ictimai xadim” peyda olub. Süni şəkildə çoxalan və ekspert kimi xalqa sırınan bu insanlar sosial verlişlərə çıxıb hamıya ağıl öyrədir, əxlaq dərsi keçirlər.
Hamısı da elə titullarla təqdim olunurlar ki, qalırsan mat-məəttəl. Oturub araşdıranda görürsən, it ilində bir yazı yazıb, amma adını yazıçı qoyub. Yazar deyin də, niyə yazıçı deyirsən? Baxırsan, özünün ailəsi yoxdur, amma geninə-boluna ailə dəyərlərindən danışır, ailədəki münasibətləri incələyir. Bu, necə ola bilər axı?
Baxıram, bir verlişdə aparıcı sual verir ki, kişi evdə ən çox nəyə danışır, yəni gileylənir? O da başlayır olmayan əri barədə danışmağa. Hansı ki tanıdığım bir insandır, hamı da həmin xanımın əri olmadığını yaxşı bilir. Bu nə qədər real və səmimidir?
Tamaşaçıları aldatmaqla, süni, saxta şoular yaratmaqla nəyə nail olmaq istəyirlər? Əri olmayan ərdən, əxlaqı olmayan əxlaqdan, ailəsi olmayan da ailə prinsiplərindən danışır. Hər kəs özünə aid olanlardan dasnışsın.
Təsəvvür edin, psixoloq Aygün Bəylərin Xalq artisti fəxri adını niyə almaması ilə bağlı müzakirəyə qatılaraq iradlar bildirir. Vallah, mən utandım. Sən əgər psixoloqsansa, öz işindən danış, niyə sənə dəxli olmayan məsələləri müzakirə edirsən axı? Belə şeylər tamaşaçı olaraq məni çox qıcıqlandırır”.
Tarix: 4-04-2024, 11:11
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}