Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub?

azerbaycanda-universitet-prorektoru-kazinoda-kulli-miqdarda-pul-uduzub-1713189909

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması və universitetə prorektor təyin olunması ilə bağlı məlumatlar var.


Siam.az xəbər verir ki, Bakı Avrasiya Universitetinin rektorunun köməkçisi Şəfayət Avılbəyli "oxu.az"a bildirib ki, yayılan məlumatlar yalandır:




“Bu məlumatların heç birinin əsası yoxdur. Günhan Hüseynov 2012-ci ildən Bakı Avrasiya Universitetində ümumi işlər üzrə prorektordur. O, Gürcüstanda olmayıb. Onun nənəsi ötən günlərdə əməliyyat olunub. Dünən bütün günü Nazim bəy də, Günhan bəy də orada olublar. Yayılan məlumatlar təxribat xarakterlidir. Dəqiqləşdirmə aparmadan, mövqe almadan işıqlandırıblar. Qeyri-peşəkarlıq nümunəsidir. Sizə xüsusi təşəkkürümü bildirirəm”.

Xatırladaq ki, Bakı Avrasiya Universitetinin rektorunun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu barədə xəbərlər yayılıb



Tarix: 15-04-2024, 22:19
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}