Bayden: “Putin açıq-aşkar hərbi cinayətlər törədib”

Cümə günü ABŞ prezidenti Co Bayden bildirib ki, Rusiya prezidenti Vladimir Putin hərbi cinayətlər törədib və Beynəlxalq Cinayət Məhkəməsinin  onun həbsinə order verilməsi barədə qərarı “əsaslı” olub, Turan-ın Vaşinqton müxbiri bildirib.
Cümə günü Beynəlxalq Cinayət Məhkəməsi uşaqların qanunsuz deportasiyası və adamların Ukraynadan Rusiyaya qanunsuz köçürülməsi şübhəsilə Putini həbs etməyə çağırıb.
“Düşünürəm ki, bu, əsaslıdır”, -Bayden Ağ Evin qarşısında jurnalistlərə deyib.
ABŞ lideri etiraf edib ki, məhkəmənin səlahiyyətləri nə Rusiya, nə də ABŞ tərəfindən tanınmır, “amma düşünürəm ki, bu, çox əhəmiyyətli bir arqumentdir”, – o deyib.
Turan-ın müxbirinin “Putini müharibə cinayətlərə görə mühakimə etmək lazımdırmı?” sualının cavabında  Bayden deyib: “O (Putin) açıq-aşkar hərbi cinayətlər törədib”.
Cümə günü bundan öncə Ağ Ev hərbi cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsini alqışlayıb.
Beynəlxalq Cinayət Məhkəməsinin orderi Putinə qarşı hərbi cinayətlərində ilk ittihamdır və 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hücumdan sonra Rusiya prezidentini vəhşiliklərə görə məsuliyyətə cəlb etmək üçün qlobal səylərin bir hissəsidir.
Orderdə ukraynalı uşaqların işğal olunmuş ərazilərdən Rusiyaya zorla deportasiyasına görə Putinin və Rusiya Federasiyası Prezident Administrasiyasının uşaq hüquqları üzrə müvəkkili Mariya Alekseyevna Lvova-Belovanın adları çəkilir.
Contact.az
Tarix: 18-03-2023, 22:55
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}