“Bu, Ukrayna ordusuna sərf edir” – Qirkin Belqoroddakı əməliyyatı şərh edib



Donbasdakı separatizmin liderlərindən olmuş sabiq Rusiya FTX polkovniki İqor Qirkin(Strelkov) Belqorodda baş verən hadisələrə görə Rusiya xüsusi xidmət orqanlarını tənqid edib.
“AzPolitika.info” xəbər verir ki, öz sosial şəbəkə səhifəsində Belqoroddakı əməliyyatı şərh edən Qirkin Müdafiə Nazirliyinin kəşfiyyat idarəsindən tutmuş FTX-ya qədər bütün xüsusi xidmət orqanlarını “təbrik edib” və bildirib ki, çoxsaylı xəbərdarlıqlara baxmayaraq, məhz onların yarıtmaz fəaliyyəti səbəbindən Ukrayna tərəfi gözlənilmədən məlum əməliyyatı keçirə bilib.
Qirkin qeyd edib ki, indidən sonra Rusiya tərəfi sərhədi möhkəmləndirmək üçün Ukraynadakı ordusunun bir hissəsini həmin əraziyə cəlb etməli olacaq: “Bu, Ukrayna Silahlı Qüvvələrinə sərf edir - onlar yenə döyüşə tam hazır canlı qüvvə, komplektləşdirilmiş ümumqoşun hissə və birləşmələrinin sayı baxımından üstünlük qazanırlar”.
Tarix: 24-05-2023, 09:43
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}