“Tramp bütün diktatorlara və avtoritar quldurlara rəğbət bəsləyir” – Bayden


ABŞ prezidenti Co Bayden sələfi Donald Trampın noyabrda keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə diktator olmaq istədiyinə inanır.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə Corciya ştatının Atlanta şəhərində seçki kampaniyası zamanı danışıb.
“O, diktator olmaq istədiyini dedikdə, mən ona inandım. O, bütün dünyada diktatorlara və avtoritar quldurlara rəğbət bəsləyir. Dünən o, Viktor Orbanı öz klubunda qəbul etdi. O demokratiyanın işləmədiyini söyləyib və Orbanı fantastik lider adlandırıb. O dedi ki, Kim Çen In ona gözəl məktub yazıb. O, Si Cinpinə yenidən zəng etməklə öyündü. Onlardan danışanda “müttəfiqlərimiz” deyə bəhs edir. Mən bu sitatları uydurmuram”.
Xatırladaq ki, Tramp 2023-cü ilin dekabrında seçicilərlə görüşündə ABŞ prezident seçkilərində qalib gəlsə, sərhədi bağladığı ilk gün istisna olmaqla diktator olmayacağını vəd etmişdi.
Tarix: 10-03-2024, 11:52
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}