Fələstinin xarici işlər və miqrasiya üzrə dövlət naziri erməni oldu

Fələstinin xarici işlər və miqrasiya üzrə dövlət naziri erməni oldu

Hurriyyet.az erməni mətbuatına istinadla xəbər verir ki, Varsen Aqabekyan Fələstinin xarici işlər və miqrasiya naziri vəzifəsinə təyin edilib. 
Fələstin prezidenti Mahmud Abbas Məhəmməd Mustafanın başçılıq etdiyi yeni hökumətin tərkibini təsdiqləyib. Bu barədə Fələstinin WAFA agentliyi məlumat verib.
Erməni millətindən olan Varsen Aqabekyan yeni hökumətdə xarici işlər və miqrasiya üzrə dövlət naziri təyin edilib.
Məhəmməd Mustafa isə yeni kabinetdə baş nazir postu ilə yanaşı, Fələstin Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsini də tutacaq.
Yeni hökumətin andiçmə mərasimi 31 mart 2024-cü il tarixində keçiriləcək.
Hürr Tərcüman
Tarix: 29-03-2024, 16:51
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}