“ABC News”: Ən azı doqquz İran raketi İsrail bazalarını vurub

Nevatim bazasına hücum zamanı C-130 nəqliyyat təyyarəsi, anbar anqarları və uçuş-enmə zolağı zədələnib
İranın İsrailə hücumu zamanı atılan raketlərdən azı 9 raket İsrail Hərbi Hava Qüvvələrinin bazalarını vurub. AYNA xəbər verir ki, bu barədə “ABC News” öz mənbələrinə istinadən məlumat yayıb.
“Ən azı doqquz İran raketi İsrailin hava hücumundan müdafiə sistemini keçib və iki İsrail hava bazasını vurub”, - məlumatda qeyd olunub.
Nevatim bazasına hücum zamanı C-130 nəqliyyat təyyarəsi, anbar anqarları və uçuş-enmə zolağı zədələnib. Həmçinin raketlərin Neqev səhrasındakı bir hava bazasına dəydiyi bildirilib.
Bundan əvvəl ABŞ administrasiyasının nümayəndələri bildiriblər ki, İranın ballistik raketlərinin təxminən 50 faizi İsrailə hücum zamanı havaya qalxmayıb və ya hədəflərinə çatmadan yerə düşüb.
Qeyd edək ki, aprelin 14-nə keçən gecə İran Silahlı Qüvvələri İsrail ərazisinə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 yer-yer tipli raket atıb. Tehran bunun aprelin 1-də ölkənin Dəməşqdəki konsulluğuna hücuma cavab olduğunu bildirib.
Tarix: 15-04-2024, 13:02
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}