Murovdağ- Goranboy su xətti biznesə çevrilib? - Sensasiya

Murovdağ- Goranboy su xətti  biznesə çevrilib? - Sensasiya
Mən Sadıqov Ayaz Rəşid oğlu 25 avqust 1983-cü ildə Goranboy rayonunda anadan olmuşam. Ali təhsilliyəm. Ailəliyəm 2 övladım var.2012-ci il yanvar ayının 13-dən 2016-cı il avqust ayınadək Goranboy Sukanal idarəsinin rəis müavini vəzifəsində işləmişəm. İşlədiyim dövr ərzində heç bir xəbərdarlıq belə almamışam.
Daim idarənin rəisi Dilqəm Əvəzov məni vəzifəmə aid olmayan işlərə göndərirdi. İdarədə daim rəis Dilqəm Əvəzovun təzyiqi altında işləməyə məcbur idim.Çünki himayəmdə xəstə övladım var. May ayında Dilqəm Əvəzovun əlinə fürsət keçdi. Bütün İdarələr üçün rəis müavini ştat vahidləri ixtisar olundu və baş mühəndiş ştat vahidi ilə əvəz olundu.Mən Dilqəm Əvəzova dəfələrlə müraciət etdim. Hər dəfə o məni aldatdı. Elə bilirdi ki, mən ona nə isə pislik edəcəm. Çünki o qədər cinayət əməlləri var idi ki,o öz kölgəsindən belə qorxurdu. Prezident cənab İlham Əliyevin açılışını etdiyi Murovdağ- Goranboy magistiral su xəttini və şəhərdaxili yeni çəkilmiş su və kanalizasiya xətlərini şəxsi biznesinə çevirib.Əhali abonentlərinə pulsuz çəkilməli olan su və kanalizasiya xəttini 300-400 manata,qeyri əhali abonentlərinə isə dövlət rüsumu 305 manat olan halda 800 -1000 manat rüşvət qarşılığında xidmət göstərilir.Strateji obyekt olan Ballıqaya su anbarını istirahət zonasına çevirib adambaşı 4-5 manat alaraq əxlaqsızlıq yuvasına çevirib.İçməli suyu hektarı 20 manatdan əkin sahələrinə aylarca buraxdırır.
Mənim yuxarıda yazdıqlarımın istər foto istərsədə video görüntüləri mövcuddur.May ayında mən bildirdim ki, iqtisad məhkəməsinə gedəcəm və haqqımı tələb edəcəm.Bunu eşidən Dilqəm Əvəzov bir daha məni aldadıb dedi ki, səni texniki təhlükəsizlik üzrə mühəndis göndərirəm. Amma 3000 xərci var. Dedi get 1000 manat indi gətir, 2000manatı təsdiq olandan sonra gətirərsən. 1000 manata Göndəriş vərəqəsi alıb getdim Bakı şəhərinə imtahana. Birləşmiş Sukanal MMC-də imtahan vaxtı çatanda mənə dedilərki səni kim göndərib bura ? Dərhal mən Dilqəm Əvəzovun (050) 333-62-24 nömrəli telefonuna zəng etdim. Dedi səni imtahansız qəbul edəcəklər. Bir ay Dilqəm Əvəzovun yanında əməkhaqqısız işlədim. Daha sonra getdim yanınaki iş nə oldu? Cavabında minbir bəhanələr gətirdi. Daha sonra öz hüquqlarımı qorumaq üçün Dilqəm Əvəzovun səsini Telefonuma yazdırdım. Verdiyim 1000 manat pulu ondan tələb etdim. Lakin bu pulu ala bilmədim.2003 -cüb ildən YAP -ın fəal üzvüyəm. Prezidentimə, bayrağıma, torpağına bağlı bir insanam. Dəfələrlə Baş prakrorluğa müraciət etdim. Buradada Dilqəm Əvəzov bu orqanı aldatdı. İcra başçısının Dəfələrlə qəbulunda oldum.Qəbuldan çıxanda dedi pulu qaytaracam. Yekunda Cənab Prezidentim İlham Əliyevə müraciət etdim. Lakin korrupsioner məmur olan Dilqəm Əvəzovdan pulumu ala bilməmişəm ki, Xəstə övladımı müalicə etdirim.Sizdən artıq dərəcədə xahiş edirəm Mənimdə milliyətimi araşdırın o cümlədən Dilqəm Əvəzovunda. Görün kimin qanından Azərbaycanlı qanı axır.Onsuzda bütün Goranboy caamatı bilir. Xahiş edirəm mənim səsimi cənab Prezident İlham Əliyevə çatırasınız. Əvvəlcədən sizə öz minnətdarlığımı bildirirəm.

Əlaqə telefonu; (050) 551-23-23

Siam.az

Tarix: 2-02-2018, 23:51
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}