Laçın RİH-in strukturu separatçı məmura görə silinib?- FOTO


Laçın Rayon İcra Hakimiyyətinin rəsmi saytında "Aparatın strukturu” bölməsi tamamilə silinib.


Artıq bir müddətdir icra hakimiyyətinin rəsmi saytında sözügedən bölmədə heç bir məlumat yoxdur. Fəaliyyət göstərən bütün icra qurumlarının rəsmi saytında "Aparatın strukturu” bölməsində icranın bütün şöbələrinin, məsul şəxslərinin adları, vəzifələri və əlaqə nömrələri qeyd edilir.

Laçın RİH-in rəsmi saytında isə həmin bölmə tamamilə boşdur.

Qeyd edək ki, Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun ötən ilin yekunları ilə bağlı açıqladığı siyahıda ən çox şikayət daxil olan rayon icra hakimiyyətləri arasında Laçın RİH-in də adı var. (axar.az)

AFN xatırladır ki, bir müddət əvvəl Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyev, sosial şəbəkələrdə İraqın şimalında keçirilən kürdlərin müstəqillik referendumunu dəstəkləyən fotolar paylaşmışdı. Bu məsələ böyük ictimai qınağa səbəb olmuşdu. Laçın RİH-dən açıqlama verilərək, həmin məmurun işdən çıxarıldığı bildirilsə də, media və sosial şəbəkələrdə F. Tanirverdiyevin adının hələ də qurumun saytında şöbə müdiri kimi qalması müzakirə olunurdu. Ehtimal ki, Laçın RİH qınaqlardan canını bu yolla qurtarmağı qərara alıb.
Tarix: 16-02-2018, 14:00
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}