İcra başçısı Qərbi Azərbaycanlıları təhqir etdi

İcra başçısı Qərbi Azərbaycanlıları təhqir etdi
İsmayıllı rayon icra başçısı Mirdaməd Sadıqovun Realliq.org saytında gedən “İsmayıllıda etiraz” – başlıqlı yazıdan sonra narazılıq bildirməsi və əməkdaşlarımızı yalan məlumat yaymaqda ittiham etməsinə cavab olaraq apardığımız araşdırmaların nəticəsini təqdim edirik.Xatırladaq ki, İsmayıllı rayonundan redaksiyaya olunan müraciətlərdən sonra rayonda olduq. Rayon sakinləri icra başçısının fəaliyyətindən narazı olduqlarını bildirməklə, onların yaranmış sosial problemlərinə biganə münasibətdən bəhs etdilər.

Rayonun Qalagah və Üştal kənd sakinləri qışın sərt tələbləri ilə üzləşiblər. İcra hakimiyyətinə üz tutub dərdini deyən insanlara isə, Mirdaməd Sadıqov: “Ermənistandan gəlmisiz ora da qayıdın” – cavabı verib.

İsmayıllının Sultankənd, Üştal, Qalagah kənd sakinləri ilə söhbətimizi və gördüklərimizi video çəkiliş vasitəsilə lentə aldıq. Realliq.org qeyd edir ki,kəndlərə qaz yanacağının verilməməsi insanları çətin duruma salıb. Məktəblərdə dərslərin keçirilməsinə yaranan problem rayon rəhbərliyini narahat etmir.

Vətəndaşlar evlərini qızdırmaq üçün meşələrə üz tuturlar və nəticədə yaşıllığın məhv edilməsinin qarşısını almaq çətinləşir. İcra başçısının qəbulunda olmaq isə heç bir problemi həll etmir.

Kəndlərdə olduğumuz zaman icra başçısının biganə münasibəti nəticəsində artan narazılıqların şahidi olduq. İnsanlar ölkə başçısına müraciət edərək özbaşınalıqların qarşısının alınmasını xahiş edirdilər. Onların müraciətini növbəti yazıda qiqqətinizə çatdıracağıq.

Onu da qeyd edim ki, İsmayıllı rayon icra başçısı və müavinləri rayonun bir sıra yerlərində özlərinə gəlir mənbəyi olan obyektlər tikiblər . Təkcə icra başçının müavini Mahmud Süleymanovun “Planet” istirahət mərkəzini görmək yetərlidir. Milyonlar hesabına başa gələn “Planet”in 300-500 manat maaş alan bir məmur tərəfindən tikilməsi İsmayıllı icra hakimiyyətinin əsl fəaliyyətini aşkara çıxarır. (Realliq.org)
Tarix: 10-03-2018, 14:52
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}