İcra başçısı Xocalı tədbirində niyə iştirak etmədi? - FOTO

İcra başçısı Xocalı tədbirində niyə iştirak etmədi? - FOTO


Bu gün Ağstafada Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar tədbirdə rayon icra hakimiyyətinin başçısı Seymur Orucov iştirak etməyib.
Siam.az  “Yeni Gundem”-ə istinadən xəbər verir ki, RİH-in keçirilən tədbirlə bağlı yaydığı məlumatda icra başçısının iştirak etməməsi sual doğurub.
Tədbirdə başçının birinci müavini Müşfiq Hüseynov, RİH-in və hüquq-mühafizə orqanlarının məsul şəxsləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində Şəhidlər Memorial kompleksi ziyarət olunub.
Bundan əlavə, Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş dəyirmi masa isə başçının digər müavini Lalə Eyyubovanın sədrliyi ilə keçirilib.
Məsələ ilə bağlı RİH-ə sorğu ünvanlanıb. Bildirilib ki, icra başçısı bu gün işə getməmək üçün icazə alıb. RİH-dən hər şeyin qaydasında olduğu, narahatlığa heç bir əsasın olmadığı bildirilib və digər məlumat verilməyib.
İcra başçısı Xocalı tədbirində niyə iştirak etmədi? - FOTO
İcra başçısı Xocalı tədbirində niyə iştirak etmədi? - FOTO
facebook sharing button
Tarix: 27-02-2024, 14:50
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}