Göygöldə məktəb direktoru QOÇULUQ EDİR - İLGİNC İDDİALAR...


Göygöl rayonu 1 saylı orta məktəbdə direktor vəzifəsini tutan Qabil Misirov barəsində cinayə işi açılıb. Bu barədə dia-az.info-ya daxil olan informasiyada qeyd olunur.

Məlumatı verən qaynaq iddia edir ki, cinayət işinin açılmasına səbəb direktorun konkret bir insidenti törətməsi olub. Qeyd edək ki, səslənən iddialarla bağlı əlimizdə sübut olmadığından və məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırılması səbəbindən olayın mahiyyəti barədə əlavə bilgi verə bilmirik.
Lakin onu bildirək ki, mənbə, barəsində cinayət işi açılan direktorun diplomunun saxta olduğunu bildirməklə yanaşı qeyd edir:
“Qabil Misirov Təhsil İdarəsində işləyənə qədər hal-hazırda həbsdə yatan keçmiş İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin oğlunun atına baxırdı. Sonradan
“dayısı” tərəfindən Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filalının saxta diplomunu aldığından Vilyam Hacıyev Göygöldə İcra Hakimiyyətinin Başçısı işlədiyi dövrdə atlarına yaxşı baxdığı üçün onu təhsil idarəsinə metodist vəzifəsinə işə götürdü”.


Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...

Goranboyda məktəb direktoru QOÇULUQ EDİR
Goranboyda məktəb direktoru QOÇULUQ EDİR
Goranboyda məktəb direktoru QOÇULUQ EDİR


Mənbə: Dia-az.info
Tarix: 11-03-2024, 10:56
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}