Tərtərdə Yel çərşənbəsi qeyd olunub


Bu gün Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi Tərtərdə yüksək
əhval-ruhiyyə ilə 
qeyd edilib.
Bu münasibət ilə Mərkəzi Meydanda çatılan tonqalı Tərtər Rayon İcra
Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov alovlandırıb. Rayon rəhbəri
sakinləri təbrik edərək onlara xoş arzularını çatdırıb.
Sonra Tərtər Rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı
təqdim olunub.
Qeyd edək ki, bu çərşənbə Xalq arasında “Külək oyadan çərşənbə”,
“Küləkli çərşənbə”, “Yelli çərşənbə” və “Heydər çərşənbəsi” kimi tanınan
Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.
Yel çərşənbəsi günündə əsən isti külək yazın gəlişindən xəbər verir.
İnanclara görə, bu çərşənbədə külək oyanmış suyu, odu hərəkətə gətirir.
Tarix: 13-03-2024, 10:50
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}