Tərtər rayonunda “Vətən Bağı” adlı ağacəkmə layihəsi həyata keçirilib


Tərtər rayonunda “Qırmızı Ürəklər” (“Red Hearts”) Fondu birinci və ikinci Qarabağ
müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək
məqsədilə “Vətən Bağı” ağacəkmə layihəsi həyata keçirib.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Qırmızı Ürəklər”
(“Red Hearts”) Fondunun, Paşa Holdinq, Kapital Bank  Tərtər Rayon İcra
Hakimiyyətinin dəstəyi ilə keçirilən ağacəkmə aksiyasında Tərtər Rayon İcra
Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər
rayon şöbəsinin rəisi Anar Əliyev, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Red
Hearts Yardım Fondunun Prezidenti Sevda Haqverdieva, “Kapital Bank”ın Tərtər
filialının müdiri Şəhriyar Mehdiyev, şəhid ailələri, qazilər iştirak ediblər.
Tərtər rayonunun Qazyan kəndi ərazisində şəhidlik zirvəsinə ucalan igidlərin sayına
uyğun olaraq 200 ədəd eldar şamı və 200 ədəd tuya şamı əkilib. Layihə Azərbaycanın
ekoloji mühitinə töhfə vermək məqsədi daşıyır.
Tarix: 6-04-2024, 22:58
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}