Kəngərli kəndində rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun səyyar- qəbul görüşü keçirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq 
tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının
səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi
vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların
rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq
olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Kəngərli kəndində
keçirilib.
Qəbulda Milli Məclisin Deputatı Sahib Alıyev, YAP rayon təşkilatının sədri
Eldar Əsədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının
rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak
ediblər.
Əvvəlcə icra başçısı şəhidlər guşəsinin önünə gül-çiçək dəstələri düzüb,
şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbəri qəbulda respublikamızda gedən sosial-iqtisadi inkişafın
xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Kəngərli
kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud
olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini
narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən
danışıb, bildirib ki, əhali fasifləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.
Qeyd olunub ki, Kəngərli kənd İƏD-nin 610 hektar ərazisi, 312 təsərrüfatı,
1638 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 kitabxana, 1 körpələr evi uşaq
bağçası, 1 tibb məntəqəsi, 8 ticarət oyekti, 1 iaşə obyekti faəliyyət göstərir.
Kənd sakinləri əkinçilik  maldarlıqla məşğul olurlar. Sakinlər 573 baş
iribuynuzlu, 455 baş xırdabuynuzlu heyvan, 4662 baş quş, 135 arı ailəsi
saxlayırlar.
Son üç ildə Kəngərli kəndində 1,5 km məsafədə kəndarası yollar təmir edilib,
su arxları 3 km məsafədə lildən təmizlənib, kənd ərazisində 1600 ədəd çəkil,
60 ədəd eldar şamı, 300 müxtəlif növ ağac əkilib, yol kənarları alaq otlarından
təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış
Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin
əlçatanlıq  üstünlüklərini qeyd edib  https://rih.gov.az/ platformasından
istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət
açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok  psixotrop
maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü
maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Sonra söz sakinlərə verilib.
Kənd sakinlərindən Naibə Abbasova rayon Mərkəzi Xəstəxanası tərəfindən
qızına dərman verilməsi, Çərkəz Nağıyev kəndin içməli su ilə təmin olunması,
Məcid Tağıyev məktəbə dönən yolun asfaltlanması, Məhəmməd Əsgərov
telefon xəttinin təmiri və əyilmiş elektrik dirəyinin yenidən basdırılması ilə bağlı
müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə
götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar
verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla
yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
 
Tarix: 9-04-2024, 09:58
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}