Dinlənən nömrələr və kəşfiyyat oyunu


AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
OCCRP təmsilçisi bildirib ki, Azərbaycan üzrə 1038 nömrədən yalnız 250- nin kimliyini müəyyən edə biliblər. Yerdə qalan 788 nömrə isə açıqlanmayacaq. Səbəb kimi isə bunun qeyri etik olması göstərilir.
Bu məntiqsiz bəhanəin özündən daha çox, təşkilatın niyə bu nömrələri açıqlamaq istəməməsi maraq doğurur. Axı eyni məntiqlə bu günə qədər müəyyən sayda nömrələrin açıqlanmasını da qeyri etik hərəkət saymaq olar. Bəs onda o nömrələr niyə açıqlanırdı? Deyiləni tam əksinə olaraq etika tələb edir ki, insanların özəl həyatına hüquq pozuntusu ilə edilən müdaxiləyə görə, bu işə cavabdeh olanların məsuliyyət məsələsi gündəmə gəlsin. Çünki ortada bir kibercinayət hadisəsi var.
 Böyük ehtimalla İsrail şirkəti tərəfindən dinlənən nömrələr OCCRP – yə ABŞ və ya İngiltərə kəşfiyyatı tərəfindən sızdırılıb. Azərbaycan hakimiyyətinin dinlədiyi nömrələr içərisində isə ən yüksək iqtidar təmsilçiləri ilə yanaşı, qonşu İran, Rusiya, Türkiyənin dövlət başçılarının, mühüm şəxslərinin telefonları da olub. Ona görə də bu faktın aşkarlanması həm iqtidar daxilində, həm də qonşularla münasibətilərdə hüzursusluğa səbəb ola bilər. Xatırladaq ki, Mərakeşin Fransa prezidentini dinləməsi böyük skandala səbəb olub. Təsəvvür etmək çətin deyil ki, Putin və ya Ərdoğanın Azərbaycana iqtidarı tərəfindən dinləndildiyi üzə çıxarsa bu, hansı reaksiyalara səbəb ola bilər.
Ona görə də Azərbaycan hökuməti dərhal hərəkətə keçərək, kəşfiyyat qurumu tərəfindən OCCRP – yə məlumat sızdırmış dövlət rəhbərliyi ilə danışaraq, baş verəcək böyük qalmaqalın qarşısını alıb. Güman ki, bu razılaşma boşuna olmayıb və qarşılığında Azərbaycanın üzərinə hansısa öhdəliklər qoyulub.
Çünki, nömrələri gizli saxlanılmasının başqa cür izahı yoxdur. Bu nömrələrin açıqlanmamasının səbəbi kimi onların sahiblərinin kimliyinin müəyyən edilməməsi bəhanəsi də əsasızdır. Bu 788 nömrə ictimailəşdirilsə, qısa müddətdə hər kəs öz nömrəsini tanıyaraq müəyyən edəcək. Ona görə də bunu OCCRP – nin tapmasına gərək yoxdur.
Tarix: 24-07-2021, 18:32
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}