Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Tərtərdə vətəndaşları qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti 
orqanlarının, digər qurumların rəhbərlərinin 2022-ci ilin sentyabr ayında şəhər və rayonlarda 
vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov sentyabrın 22-də Tərtərdə Ağdam, Ağcabədi, Bərdə və Tərtər rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirib.

Qəbuldan əvvəl Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovla birlikdə 
ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.
Sonra Tərtər rayon İcra Hakimiyyətində rayon rəhbəri ilə görüşüb, fikir mübadiləsi aparıblar.
Xidmət rəisi, general-polkovnik Arzu Rəhimovun keçirdiyi qəbulda 52 vətəndaşın müraciəti dinlənilib. 
Müraciətlər əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladının xidmət yerinin 
müəyyənləşdirilməsi, övladlarının təkrar tibbi müayinəyə cəlb olunaraq həqiqi hərbi xidmətə 
göndərilməsi, təkrar tibbi şəhadətləndirmə, veteran adı və vəsiqəsinin verilməsi, könüllü hərbi xidmətə 
göndərilmə, eləcə də digər məsələlər ilə bağlı olub.
Qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, araşdırılmasına ehtiyac 
olan məsələlər qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi üçün nəzarətə götürülüb. Bəzi 
vətəndaşlar tərəfindən qaldırılan və Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti 
orqanlara çatdırılması üçün qeydiyyata alınıb.
Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün daha rahat və əlverişli şərait 
yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin 
başçısına minnətdarlıqlarını bildiriblər.
SİAM.AZ
 
Tarix: 22-09-2022, 22:04
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}