Milləti zəli kimi soyan “Azərlotereya”... - AXI NİYƏ?
Azərbaycanda yeni bir bəla xərçəng xəstəliyi kimi sürətlə yayılmaqdadır.
Rubrika.az bildirir ki, ilk baxışdan başgicəlləndirici görünən lotereya oyunları artıq ölkəni, xüsusilə onun kasıb təbəqəsini ovucuna alıb. Qısa bir zamanda əhali müxtəlif təbliğat vasitələri ilə aldadılaraq “qumarxana”lara yönləndirilib. Hətta elə insanlar var ki, “Topaz”, “Misli”, “Poz-qazan”, eyni zamanda, “Azərlotereya”ya aid mərc oyunlarında nəinki maaşını, hətta əmlakını belə uduzub, ailələri dağılıb.
Ancaq buna baxmayaraq, mərc oyunlarına günü gündən daha dda geniş formada təşviq olunmaqdadır. Hətta, “Azərlotereya” ASC və onun mərc və digər oyunlarının təbliğatını aparan PR şirlkətlər anlaşdıqları şəxs və ya media qurumları vasitəsilə internet üzərindən yayımlanan rəqiblərini “vurdururlar”. Maraqlıdır ki, ASC bu məqsədlə bir sıra tiktokerlərlə də anlaşıblar. Bu anlaşmanın detalları barədə ayrıca araşdırma olacaq. Hələlik isə onu deyək ki, artıq “qumar bileti” satışları günü gündən göbələk kimi artır. Hətta bəzən metrostansiya qarşıları, səkilər “toçka”larla “həngamə”yə çevrilir…
Bəs, “Azərlotereya” ASC-tə bu qədər “toçka” açmağa kim və necə icazə verir? Kimdir bu imkanı ASC-yə yaradan? Məsələ ilə bağlı Bakı şəhər Ticarət və Xidmət Departamentindən Referans.az-a bildirilib ki, müvafiq qaydalara uyğun olaraq səyyar satışa icazə verilə bilər: “Satış üçün xüsusi qaydalar və normalar mövcuddur. Satışı edən şəxs də müvafiq meyarlara uyğundursa, bu zaman şəhərin küçələrində satış edə bilər, lakin insanların gediş-gəlişinə mane olmamaq şərti ilə. Yəni, satışa icazənin verilməsi şəxsin harada gəldi, necə gəldi və nə istəyir onu sata biləcəyi anlamına gəlmir. Hər hansısa bir səyyar satışdan söhbət gedirsə, bütün meyarla uyğun olmalıdır…”.
Milli Məclisin deputatı Vahid Əhmədov isə deyib ki, insanların bu kimi işlərə pul verməməsi üçün kütləvi maarifləndirmə tədbirləri keçirilməlidir: ““Azərlotereyanı türklərə verdilər və bundan sonra kütləvi şəkildə küçələrdə bir çox oyunlar yayılmağa başladı. Onlar da pul qazanmağı nəzərə alırlar. Çünki əhalinin əksəriyyəti bu kimi oyunlarda öz şanslarını sınayırlar, amma təşkilatçılara nə qədər xeyir verdiklərindən xəbərləri yoxdur. Vətəndaşlar inanmasınlar ki, bu şəkildə külli miqdarda qazanc əldə edə bilərlər. Çünki bu, mümkün deyil”.
Deputat qeyd edir ki, müəyyən kütlənin bu sahəyə maraq göstərməsi mərc oyunlarının yayılmasına səbəb olur.
Onun sözlərinə görə, 100 nəfərdən 5-i uduş əldə edərsə belə, bu elə də böyük məbləğ olmur: “Amma daha yaxşı olardı ki, bu kimi işlər qapalı yerlərdə həyata keçirilsin”.
Tarix: 27-03-2024, 15:09
-
Bu gün, 11:13
Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!
-
Bu gün, 10:04
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Bu gün, 10:00
Rusiya “üçtərəfli bəyanat” deyib durur, amma qatar sürtələ uzaqlaşır - Bir razılaşmanın izi ilə – adı var, özü yoxdur
-
Bu gün, 09:58
Dehlidən Moskvaya zərbə: ən böyük xarici silah bazarı müharibənin qurbanı oldu - NƏ BAŞ VERİR?
-
Bu gün, 08:25
Polşa Avropadakı tərəfdaşlarını Rusiya ilə sərhədlərdə raketdən müdafiə sistemləri yerləşdirməyə çağırıb
-
Bu gün, 08:01
Şəhərsalma və Arxitektura Komitəsinin “Az Graft Construction” sevgisi: milyonlar tenderlə yeyilir
-
Bu gün, 07:57
"Belə bir xəstəyə 3-cü qrup əlillik dərəcəsi verirlər..." - AXI NİYƏ?
-
Bu gün, 07:54
Quru sərhəd bağlıdırsa, narkotik ölkəyə necə keçir?-VİDEO
-
Dünən, 23:20
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
-
Dünən, 22:44
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Dünən, 22:30
“Ərazisində silahlı terrorçu varsa, Azərbaycan nə etməli idi?!” - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 22:26
Regionda yeni reallıqlar - Pensiya maxinasiyası, ağ bilet süründüməçiliyi
-
Dünən, 22:19
Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları qətl etdi-FOTOLAR
-
Dünən, 22:16
Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi
-
Dünən, 22:11
“Azercell” paylaşdığı elana görə “2” aldı – Foto
-
Dünən, 21:53
İcra hakimiyyətləri prezidentin xüsusi nümayəndəliyi ilə əvəz OLUNUR? - İLGİNC GƏLİŞMƏ...
-
Dünən, 21:37
“Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO
-
Dünən, 17:34
Binəqədinin keçilməz yolları - VİDEO
-
Dünən, 17:19
Nazir olmaq istəyirdi, indi HƏDƏFƏ ÇEVRİLİB... - İDDİA
-
Dünən, 15:52
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Dünən, 12:31
“Oğlum xəstə ola-ola əsgər aparıblar” – Cəlilabad sakinindən şikayət – FOTO
-
Dünən, 12:19
Azərbaycanda 3871 nəfər Çernobıl əlili qeydiyyatdadır
-
Dünən, 12:18
Yeni Klinikada yoxlama: Saxlanılan var
-
Dünən, 12:17
Əliyevin tarixi gedişi: Berlinə aparılan “qovluq”da nələr var?
-
Dünən, 12:02
"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - nə baş verir?
-
Dünən, 11:34
Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...
-
Dünən, 09:54
Quru sərhədlərinin bağlı saxlanması təhlükəsizliyə görədir?
-
Dünən, 09:48
Daha bir bələdiyyə sədri iki vəzifəni icra edir - Qanunlar “çeynənib”?
-
Dünən, 09:44
Ramin Abdullayevlə tender şirkətləri arasında PUL DAVASI... - BU NƏDİ BELƏ?!
-
25-04-2024, 15:10
Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
{sape_links}{sape_article}