Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır - ÇAĞIRIŞ

Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır
"Quru sərhədlərin illərlə bağlı saxlanması yanlış qərardır və təhlükəsizliklə heç bir əlaqəsi yoxdur".
Bu barədə "Sherg.az"a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.
Ekspert bildirib ki, bu qərar Azərbaycan vətəndaşlarının aztəminatlı hissəsini mənəvi-psixoloji təzyiq altında saxlayır:

"Eyni zamanda vətəndaşların xarici ölkələrdə daha münasib qiymətə müalicə, müayinə, ticarət və s. sahələrdə xidmət almasına maneçilik törədir, məhdudlaşdırır. Dünyada baş verən prosesləri, müharibə və terror aktlarını nümunə gətirənlərə isə cavab çox sadədir. İndiyə qədər bundan da gərgin vəziyyətlər olub və təhlükəsizliyimiz təmin olunub. Əgər xaricdən hansısa müdaxilənin olmasından ehtiyat edilirsə, o zaman quru sərhədləri yalnız xarici vətəndaşlar üçün bağlı olmalı, Azərbaycan vətəndaşları üçün açılmalıdır".
Tarix: 28-03-2024, 09:52
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}