Brüsseldə MÜHARİBƏ havası çalınır - NƏ ETMƏLİ?
Aprelin 5-də Brüsseldə Ermənistan-ABŞ-AB müştərək konfransı keçiriləcək. Tədbir çərçivəsində Nikol Paşinyan, ABŞ-nin Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyen görüşəcək. Görüşə ötən ilin sonundan etibarən hazırlıq gedir. Keçən il oktyabrın 5-də Avropa Siyasi Birliyinin Qranadada keçirilən sammiti çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyan və Avropa Komissiyasının sədri Ursula fon der Leyen görüşüb. Görüşdən sonra yayılan birgə bəyanatda Ursula fon der Leyen Ermənistana dəstək üçün AB-ABŞ birgə tədbirinin hazırlanması barədə məlumat verib.
Təəssüflər olsun ki, Qərb Azərbaycanın formalaşdırdığı yeni geosiyasi reallığı möhkəmləndirmək, dəstək vermək əvəzinə belə addımlarla Cənubi Qafqazda qeyri-sabitlik yaradaraq öz maraqlarını təmin etmək niyyətindədir. Azərbaycanın əsas məqsədi sülhdür. Sülh isə sabitlik və regionda olan ölkələrin kənar müdaxilə olmadan bir-biri ilə əlaqələrini qurması ilə əldə edilir. Ancaq Ermənistandan bir alət kimi istifadə edilərək regiona müdaxilə cəhdləri özünü büruzə verir. Azərbaycanın apardığı sülh siyasəti əngəllənir və nəticədə bölgədə əmin-amanlığın bərqərar olmasına problemlər yaradılır. Ona görə də hesab edilir ki, 5 aprel görüşü Ermənistanı regiondan qoparmaq yolu ilə burada qeyri-sabitlik yaratmaq məqsədi daşıyır. Ermənistan, Avropa İttifaqı və ABŞ arasında yüksək səviyyəli görüş Rusiyanın da narazılığına səbəb olub. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, bu cür tədbirlər Rusiyada narahatlıq doğurur. Onun sözlərinə görə, ABŞ və Aİ nümayəndələri tərəfdaşlarımıza birbaşa deyirlər ki, onların əsas istiqaməti yalnız Rusiyaya qarşı olmaqdır: "Bu cür görüşlər regionun əksər ölkələrində narahatlıq doğurur. Çünki onların fəaliyyəti Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə deyil, Qərbin Cənubi Qafqaza yerləşməsinə, region ölkələrinin Moskva ilə çoxəsrlik əlaqələrinin pozulmasına yönəlib. Rəsmi İrəvanın söhbətin nədən getdiyini anlamaması böyük sualdır. Axı Ermənistanı bütün dünyanın gözü qarşısında kollektiv Qərbin fövqəladə dərəcədə təhlükəli planlarının reallaşması üçün alətə çevirirlər. Bu isə erməni xalqının köklü maraqları ilə tamamilə ziddiyyət təşkil edir”.
Millət vəkili Nəsib Məhəmməliyev "Sherg.az"a açıqlamasında deyib ki, aprel ayının 5-ə təyin olunmuş Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfransı, Fransa başda olmaqla, kollektiv Qərbin 44 günlük müharibədən sonra başlatdığı senarinin davamıdır. Deputatın sözlərinə görə, heç şübhəsiz, bu konfrans regionda sülhün bərqərar olmasına yardım etməyəcək:
"Əksinə, Ermənistanın yenidən silahlandırılması, Fransa, Yunanıstan, Hindistan kimi ölkələrlə birlikdə hərbi ittifaqa girməsi müharibə təhlükəsi yaradır. Belə təmaslar Ermənistanın sülh müqaviləsinin imzalanmasından yayınmasına, ölkə daxilində revanşist qüvvələrin aqressivləşməsinə səbəb olacaq. Brüsseldə hansısa konfransın Azərbaycanın iştirakı ilə, ayrı-seçkilik olmadan keçirilməsi daha məntiqli olardı və sülhün əldə olunmasına xidmət edərdi. Məsələ ondadır ki, Azərbaycanın öz torpaqlarını heç kimlə məsləhətləşmədən işğaldan azad etməsi bəzi dünya güclərinin planlarını pozdu. Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Rusiya-Ukrayna müharibəsinin yaratdığı şəraitdən istifadə edən ABŞ və Aİ-nın əsas məqsədi Ermənistanı Rusiyadan tamamilə qoparmaq, bölgədə ikinci cəbhə açmaqdır. Təbii ki, uzun illər ərzində öz xarici siyasətini Rusiya ilə uyğunlaşdırmış, iqtisadiyyatını, təhlükəsizliyini həvalə etmiş Ermənistan kimi zəif bir dövlət üçün olduqca çətin məsələdir. Daha doğrusu, təhlükəlidir".
Parlamentari Rusiyanın asanlıqla Qafqazdakı geosiyasi maraqlarından imtina edəcəyini düşünmür:
"Yaxın zamanlarda Ermənistanda, sərhədlərimizdə təxribatların, gərginliyin artması gözlənilir. Müharibənin qarşısının alınması, Ermənistandan və onun siyasi hakimiyyətindən asılıdır. Nikol Paşinyan birdəfəlik başa düşməlidir ki, istər Qərb, istərsə də Rusiyanın öz maraqları var. Tarixən, başqalarının geosiyasi maraqlarının təmin olunmasında, ermənilərdən "alət" kimi istifadə praktikasına son qoyulmalıdır. Sülh üçün tarixi şans yaranıb. İrəvan bundan istifadə edərək qonşularla barışmalı, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir".
Tarix: 29-03-2024, 16:53
-
Bu gün, 09:58
Dehlidən Moskvaya zərbə: ən böyük xarici silah bazarı müharibənin qurbanı oldu - NƏ BAŞ VERİR?
-
Bu gün, 08:25
Polşa Avropadakı tərəfdaşlarını Rusiya ilə sərhədlərdə raketdən müdafiə sistemləri yerləşdirməyə çağırıb
-
Bu gün, 08:01
Şəhərsalma və Arxitektura Komitəsinin “Az Graft Construction” sevgisi: milyonlar tenderlə yeyilir
-
Bu gün, 07:57
"Belə bir xəstəyə 3-cü qrup əlillik dərəcəsi verirlər..." - AXI NİYƏ?
-
Bu gün, 07:54
Quru sərhəd bağlıdırsa, narkotik ölkəyə necə keçir?-VİDEO
-
Dünən, 23:20
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
-
Dünən, 22:44
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Dünən, 22:30
“Ərazisində silahlı terrorçu varsa, Azərbaycan nə etməli idi?!” - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 22:26
Regionda yeni reallıqlar - Pensiya maxinasiyası, ağ bilet süründüməçiliyi
-
Dünən, 22:19
Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları qətl etdi-FOTOLAR
-
Dünən, 22:16
Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi
-
Dünən, 22:11
“Azercell” paylaşdığı elana görə “2” aldı – Foto
-
Dünən, 21:53
İcra hakimiyyətləri prezidentin xüsusi nümayəndəliyi ilə əvəz OLUNUR? - İLGİNC GƏLİŞMƏ...
-
Dünən, 21:37
“Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO
-
Dünən, 17:34
Binəqədinin keçilməz yolları - VİDEO
-
Dünən, 17:19
Nazir olmaq istəyirdi, indi HƏDƏFƏ ÇEVRİLİB... - İDDİA
-
Dünən, 15:52
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Dünən, 12:31
“Oğlum xəstə ola-ola əsgər aparıblar” – Cəlilabad sakinindən şikayət – FOTO
-
Dünən, 12:19
Azərbaycanda 3871 nəfər Çernobıl əlili qeydiyyatdadır
-
Dünən, 12:18
Yeni Klinikada yoxlama: Saxlanılan var
-
Dünən, 12:17
Əliyevin tarixi gedişi: Berlinə aparılan “qovluq”da nələr var?
-
Dünən, 12:02
"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - nə baş verir?
-
Dünən, 11:34
Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...
-
Dünən, 09:54
Quru sərhədlərinin bağlı saxlanması təhlükəsizliyə görədir?
-
Dünən, 09:48
Daha bir bələdiyyə sədri iki vəzifəni icra edir - Qanunlar “çeynənib”?
-
Dünən, 09:44
Ramin Abdullayevlə tender şirkətləri arasında PUL DAVASI... - BU NƏDİ BELƏ?!
-
25-04-2024, 15:10
Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
25-04-2024, 15:01
Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ
-
25-04-2024, 14:54
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
-
25-04-2024, 14:53
Məhkəmə qərar verdi: İşdən çıxarılan baş həkim vəzifəsinə qaytarılmalıdır
{sape_links}{sape_article}