Adil Əliyevin qardaşı oğlu həbs edildi


Prezidentin Administrasiyasının Hərbi məsələlər şöbəsinin sabiq rəhbəri, səfir Məhərrəm Əliyev və vitse-spiker Adil Əliyevin qardaşı oğlu Abış Əliyev Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.
Bu barədə Gununsesi.info-ya Əliyevlər ailəsinə yaxın mənbələr bildirib.
Məlumata görə, hər iki məşhurun qardaşı Kərim Əliyevin övladı olan Abış Əliyev dələduzluqda ittiham olunur.
Fövqaladə Hallar Nazirliyində çalışmış Abış Əliyev çoxsaylı vətəndaşlara qarşı dələduzluq əməlləri törədib.
Qeyd edək ki, Kərim Əliyev bir neçə il əvvəl vəfat edib.
Tarix: 6-03-2024, 08:40
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}