“Miss Mükəmməllik”: 15 yaşlı Kamilə Vəliyeva dünyanı fəth edib


-2022 Olimpiadasının favoritlərindən biri, 15 yaşlı Rusiya təmsilçisi Kamilə Vəliyevanın qanında qadağan olunmuş trimetazidin dərmanı aşkar edilib. Bunu Ümumdünya Antidopinq Agentliyi (WADA) açıqlayıb.
Buna görə də atletin Olimpiadada qazandığı qızıl medalın ona verilib-verilməyəcəyi sual altına düşüb.
Kamilə Vəliyevadan dopinq testi 2021-ci il, dekabrın 25-də Sankt-Peterburqda fiqurlu konkisürmə üzrə Rusiya çempionatı zamanı götürülüb. Nəticələr bu il fevralın 8-də, Pekin Oyunlarının açılış günündə bəlli olub. Bundan sonra idmançı reqlamentə uyğun olaraq yarışdan müvəqqəti kənarlaşdırılıb, Vəliyeva buna etiraz edib və ertəsi gün Rusiya Antidopinq Agentliyi (RUSADA) müvəqqəti diskvalifikasiyanı ləğv edərək, onun Olimpiadada iştirakını davam etdirməsinə icazə verib.
Dopinq idmançıların öz performanslarını artırmaq üçün qəbul etdiyi qeyri-qanuni maddələrdir. Belə qadağan olunmuş dərmanlar beş kateqoriyaya bölünür: bunlardan ən çox yayılanı stimullaşdırıcılar və hormonlardır. Onları qəbul etməyin sağlamlıq riskləri var və idmanın təşkilatları tərəfindən qadağan edilir.

Pekin-2022-nin ulduzu: Kamilə Vəliyeva kimdir?

Demək olar ki, bütün olimpiadalar idman tarixinə yazılan hadisələr və ya insanlarla yadda qalır. Pekin-2022 Olimpiadasının ulduzu 15 yaşlı rusiyalı Kamilə Vəliyeva – dörddönümlü tullanma elementini icra edən ilk qadın fiqurlu konkisürəndir. Onun çıxışı haqlı olaraq kütləvi eyforiya doğursa da, mütəxəssisləri bu idman növünün gələcəyi haqqında düşünməyə vadar etdi.
Havada yerə paralel vəziyyətdə asılıb qalmış Vəliyevanın şəkli bütün dünyanı dolaşdı.
“Tarix yazıldı” və “O, fizika qanunlarına gülür” – dünya mətbuatında gənc idmançı haqqında xəbərlər ən çox bu başlıqlarla verilirdi.
Həqiqət naminə qeyd edək ki, qadınlar arasında dörddönümlü tullanma faktları çox da nadir hadisə deyil. Yeniyetmələrin yarışlarında bu elementi yaponiyalı Miki Ando, Kamilənin komanda üzrə rəfiqələri Aleksandra Trusova və Anna Şerbakova (Hər üçü Eteri Tutberidzenin yetirmələdir), böyüklər arasındakı dünya çempionatında isə qazaxstanlı Elizabet Trusınbayeva yerinə yetiriblər.
Amma bu elementin icrası əvvəllər əsasən yeniyetmələrin əldə etdikləri nadir şəxsi nailiyyət hesab olunurdusa, Vəliyevanın Olimpiada proqramları çərçivəsində onu dəfələrlə – az qala rutin səviyyədə yerinə yetirməsi yeni reallığın başlanğıcı ola və qadınların təkbaşına konkisürməsində bir sıra dəyişikliklərə gətirib çıxara bilər.
Rusiya konkisürmə məktəbinin bu uğuru oyun qaydalarını dəyişə və dörddönümlü tullanma elementini bundan sonra qələbənin əsas şərtinə çevirə bilərmi?

Səmimi heyranlıq

Kamila Valiyeva Kamilə Vəliyeva Pekin-2022 Pekin 2022 Pekin Qış Oyunları Olimpiada olimpiyada Eteri Tutberidze konkisürmə konki Anna Şerbakova Aleksandra Trusova Sherbakova
Şəklin alt yazısı,Kamilə Vəliyeva fərdi çıxış üçün məşqlərini davam etdirir.
Hazırda bütün dünya KİV-ləri, idman mütəxəssisləri və azarkeşlər Rusiyanın gənc idmançısını müzakirə edirlər. O, böyüklər üçün idmana cəmi altı ay əvvəl gəlib və bu müddət ərzində bir neçə dünya rekorduna imza atıb, Avropa-2022 çempionatının qalibi olub.
Pekindəki çıxışlarından sonra Britaniya mətbuatının Kamilə haqqında yazdığı “Miss Mükəmməllik” epiteti hamı tərəfindən dəstəklənib, bəzi şərhçilərsə artıq onu “çox böyük idmançı” adlandırırlar.
Çinin “Weibo” adlı sosial şəbəkəsində #valieva həştəqli statuslara onmilyonlarla baxan və şərh yazan var, şəbəkə istifadəçilərinin ona marağı gündən-günə artmaqdadır.
“Mən olimpiadaları sevirəm, çünki hətta belə çətin dövrdə də planet Kamilə Valiyeva kimi idmançıları (artistləri!) – öz təkbaşına ifası ilə dünyamızın gözəlliyini göstərən bir nəfəri heyranlıqla izləmək üçün nəfəsini tutur. Mahnı. Poema. Şəkil. Öz həyatını (Vəliyevanın nümunəsində hələ ki kiçik olan həyatı) bu sənətə həsr etmək… Bu dünyanı daha gözəl etmək bacarığına görə sənə təşəkkür edirəm, Kamilə Vəliyeva” – Hollivud aktyoru Alek Bolduin öz “Twitter” hesabında belə yazıb.
“Texniki ustalığı öz yerində, bu yaşda ifasının necə belə duyğulu ola bildiyini anlamıram. Çox dürüst və qeyri-adidir” – bu isə Leyk-Plesid -1980 Olimpiadasının qalibi və Avropa çempionu Robin Kazinsin sözləridir.
Naqano Olimpiadasının çempionu, amerikalı konkisürən Tara Lipinski də Kamilə haqqında yüksək fikirdədir:
“O, texnikası, artistizmi və psixoloji sabitliyi baxımından rəqiblərinə gizli bir təhlükə yaradır”.
“Kamilənin çıxışı bütün dünyanı fiqurlu konkisürməylə məşğul olmağa həvəsləndirmədisə, mən insanaların daha nə istədiklərini başa düşə bilmirəm” – üçqat ABŞ çempionu, dünya çempionatlarının medallı iştirakçısı Conni Veyr belə deyir.
Kamilə Vəliyeva konkisürən Pekin-2022
Dörddönümlü tullanma müqəddəs Kasa”dir?
Amma Kamilə Vəliyevaya heyranlıq dalğası zəiflədikcə, bəzi ekspertlər mövcud situasiyanın aktuallaşdırdığı suallar üzrəində düşünməyə başlayırlar – bu yeni standart fiqurlu konkisürməyə necə təsir edəcək, gənc konkisürənlərin hazırlanması üsulları nə dərəcədə etikdir?
İlk növbədə həkimlər hesab edirlər ki, dörddönümlü tullanmalar qadınlar üçün travma təhlükəsi yaradır.
Wisconsin Universitetinin 1990-cı illərdə ABŞ komandasının hazırlanmasında iştirak etmiş mütəxəssisləri BBC Rusiya xidmətinə deyiblər ki, bu növ tullanma zamanı konkisürən havada fırlanmanın başlanğıcıyla yerdən şaquli vəziyyətdə ayrılma anını birləşdirmək üçün çox böyük səy göstərməlidir.
Amma qadın bədəninin quruluşu, xüsusən də geniş ombalar və kişilərlə müqayisədə daha zəif təkan gücü lazımi qədər fırlanma əldə etməyə imkan vermir. Ekspertlərin sözlərinə görə, dörddönümlü tullanma elementini icra edən qızlar bədənlərini həm təkandan, həm də yuxarı atılmazdan əvvəl burmağa başlayırlar ki, bu da kürəkdə ciddi travmayla nəticələnə bilər.
Mütəxəssislər qeyd edirlər ki, belə elementləri ancaq bədənləri hələ tam inkişaf etməmiş yeniyetmə qızlar icra edə bilərlər. Bu isə o deməkdir ki, dörddönümlü tullanma böyük yarışmalarda qələbənin əsas şərtinə çevriləcəyi halda, 18 yaşdan yuxarı qızlar üçün idmanın bu növü əlçatmaz olacaq.
Eteri Tutberidzenin üç şagirdi – ingilisdilli mətbuatın “quad squad” (“dördlülər dəstəsi”) adlandırdığı, 15-17 yaş aralığındakı Kamilə Vəliyeva, Aleksandra Trusova və Anna Şerbakova həkimlərin dediklərini əyani şəkildə nümayiş etdirirlər.
Kamila Valiyeva Kamilə Vəliyeva Pekin-2022 Pekin 2022 Pekin Qış Oyunları Olimpiada olimpiyada Eteri Tutberidze konkisürmə konki
Şəklin alt yazısı,Eteri Tutberidze (şəkildə Kamilə Vəliyevayla birlikdədir) Rusiyanın təkbaşına qadın konkisürmə tarixinin ən uğurlu məşqçsidir.
Hazırda böyüklər üçün idman yarışlarına 15 yaş tamam olduqdan sonra qatılmaq mümkündür və deməli, konkisürənin idman karyerası orta hesabla 3 il davam edə bilər. Bu isə heç bircə Olimpiadaya da hazırlaşmağa yetəcək müddət deyil.
Hazırda 24 yaşlı Yelizaveta Tuktamışeva Rusiya yığmasının ən yaşlı konkisürəni hesab olunur.
Müqayisə üçün deyək ki, Mariya Butırskaya son dəfə (2002-ci ildəki Avropa çempionatında) çıxış edəndə 30 yaşı vardı. İtaliyalı Karolina Kostner 25-26 yaşlarında Avropa və dünya çempionatlarında qələbə qazanıb, karyerasının sonuncu mükafatı olan bürünc medalı isə o, 2018-ci ildə – 31 yaşında qazanıb.
Qadın konkisürməsində yaş inqilabı son dörd ildə baş verib – dörddönümli tullanmaların məcburi element olmadığı dövrdə.
“Mən emosional və fiziki nöqteyi-nəzərdən tükənmiş çox idmançı tanıyıram. Çünki gözləntilərə cavab verən az sayda idmançı qaldıqca, hansı həcmdə insan materialının boşa getdiyi sistemin vecinə deyil. Amma daha narahatedici məqam odur ki, burda ilişib qala bilənlər cəmi bir neçə il davam edirlər, sonra onlar da sınırlar: karyeranı davam etdirmək üçün “çox qoca” olduqlarına görə” – üçqat Avropa çempionu, karyerasını bitirdikdən sonra idman psixologiyasını öyrənməklə məşğul olan Kayra Korpi Britaniya mətbuatına müsahibəsində belə deyib.
Onun sözlərinə görə, gənc qızların sağlamlıqlarına qələbə naminə dəyən zərərlər haqqında düşünməmək üçün tamaşaçılar nisbətən yetkin yaşlı idmançıları izləməyi xoşlayırlar:
“Eterinin “uşaq fabriki” bu idman növündə formalaşmış mədəniyyətin nəticəsidir. Yəni, onun kəşfi deyil. Belə üsuldan istifadə edən məşqçilərin sayı çoxdur və federasiyaların çoxu bu hazırlıq metodunu dəstəkləyir”.
Qərb mütəxəssislərinin əksəriyyəti hesab edir ki, mövcud vəziyyətdən çıxmağın ancaq bir yolu var – böyüklərin yarışlarına qatılmaq üçün yaş həddini artırmaq lazımdır.
Kamila Valiyeva Kamilə Vəliyeva Pekin-2022 Pekin 2022 Pekin Qış Oyunları Olimpiada olimpiyada Eteri Tutberidze konkisürmə konki Anna Şerbakova Aleksandra Trusova Sherbakova
Şəklin alt yazısı,Eteri Tutberidzenin şagirdləri (soldan sağa) Anna Şerbakova, Kamilə Vəliyeva və Aleksandra Trusova 2022-ci ilin Avropa çempionatında bütün pyedestalı “zəbt ediblər”. Mütəxəssislər Pekin Olimpiadası üçün də eyni nəticəni proqnozlaşdırırlar.

Təzyiq və motivasiya

Pekin Olimpiadasına qayıdaq.
Təkbaşına yarışan qadınlar arasında turnir fevralın 15-də keçirilicək. Kamilə Vəliyeva bu yarışın əsas fiqurlarından olsa da, ekspertlər onun komanda yarışlarında mürəkkəb proqramla çıxış etməsini yanlış hesab edirlər.
2014-cü ildəki Soçi Olimpiadasında proqrama daxil edilmiş bu yarışlara münasibət birmənalı deyil. Belə bir fikir var ki, idmançılara individual yarışlar üçün lazım olan güc və konsentrasiya komanda yarışlarına sərf edilir.
Bundan başqa, Eteri Tutberidzenin digər şagirdi Yuliya Lipnitskayada olduğu kimi, Vəliyeva ətrafındakı hədsiz səs-küy onun əleyhinə işləyə bilər. Soçi Olimpiadasında iştirak etmiş 15 yaşlı Lipnitskayaya mətbuat o qədər çox diqqət ayırmış və qızcığaz elə bir pressinq altına düşmüşdü ki, komanda yarışlarındakı qələbəsindən sonra individual turnirdə məğlub olmuş, az sonrasa hər hansı ciddi uğur qazanmadan idmanı tərk etmişdi.
Amma Kamilə Vəliyeva müsahibələrinin birində deyib ki, pressinq ona diqqətini toplamağa və irəli getməyə kömək edir. İdmançının böyük azarkeş ordusu həqiqətən belə olub-olmadığını çox tezliklə öyrənə biləcək.
İstənilən halda, o, artıq “Miss Mükəmməllik” kimi tarixə düşüb.
İndi əsas olan odur ki, sözün hərfi mənasında boyundan yuxarı atılmağı bacarmış Kamilənin motivasiyası idmanda daha bir müddət qalmasına kifayət etsin.
Bbc
Tarix: 12-02-2022, 21:38
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}