Hüseyn Əliyev UFC-yə düşmək üçün növbəti qələbəsini qazandı FOTO



31 yaşlı azərbaycanlı idman ustası, 13-1-5 peşəkar döyüş tarixçəsinə sahib Hüseyn Əliyev ABŞ-ın Hyuston şəhərində “Humble Civic Center” arenasında keçirilən “Fury FC 57 - UFC Fight Pass” yarışmasında gecənin döyüşünə çıxıb.
Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.
O, 65 kiloqram çəki dərəcəsində yerli idmançı, “Güllə” ləqəbli Andres Kintanaya (19-4) qarşı müvəqqəti çempionluq kəməri uğrunda döyüşdə qalib olub. Hüseyn 5 raundun nəticəsində hakimlərin yekdilli qərarı ilə (49-46, 49-46, 50-44) qalib elan edilib.
Qeyd edək ki, Hüseyn Əliyev döyüş öncəsi hazırlığı dünyaca məşhur “American Kickboxing Academy” (AKA) zalında keçirib. Hazırlıq müddətində o, Həbib Nurməhəmmədov, İslam Maxaçev və digər MMA ulduzları ilə birgə məşq edib. Döyüş öncəsi AKA qurucusu və baş məşqçisi Xavyer Mendes və MMA ulduzu Həbib Nurməhəmmədov Hüseyn barədə müsbət fikirlər bildiriblər.
Fury FC peşəkar MMA liqasıdır. UFC şirkəti ilə əməkdaşlıq çərçivəsində turnirin qaliblərinin “UFC Fight Pass” yolu ilə əsas liqaya düşmək şansı var. Döyüşdən bir gün öncə “UFC Fight Pass” şirkəti “Instagram” sosial şəbəkəsində Hüseyn Əliyevi izləməyə başlayıb. Bu da dünyanın 1 nömrəli MMA döyüş şirkətinin həmyerlimizə olan yüksək marağını əks etdirir.
Xatırladaq ki, Hüseyn Əliyev ötən ilin sentyabrın 5-də “Fury FC 50” turnirində yerli idmançı Kameron Qreyvisə qalib gəlmişdi.


Tarix: 13-02-2022, 09:09
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}