SOCAR prezideni ilə Sərgən Yalçın arasındakı danışıqları kim pozub? - TÜRKİYƏDƏN GƏLƏN QƏFİL ZƏNGİN DETALLARI
Türkiyənin tanınmış məşqçilərindən biri olan Sərgən Yalçının Bakıya gəldiyi və "Neftçi" ilə danışıqlar apardığı barədə məlumat vermişdik. Tərəflərin qısa zamanda danışıqlarda irəliləyiş əldə etməsi və "ağ-qaralar"ın Laurentsiu Regekampla yollarını ayırması ictimaiyyət tərəfindən maraqla izlənilirdi. Hətta 50 yaşlı mütəxəssislə müqavilə bağlanacağı, dünən axşam və ya bu gün ərzində paytaxt təmsilçisi tərəfindən bu barədə açıqlama veriləcəyi gözlənilirdi. Sən saydığını say, gör Sərgən nə sayır...
Yalçınla danışıqlar iyunun 20-də Bakıya gəldiyi tarixdə başlamışdı. "Neftçi" adına onunla müzakirələri klubun Müşahidə Şurasının sədri və baş sponsoru olan SOCAR-ın prezidenti Rövşən Nəcəf şəxsən aparırdı. İlk gündə gecə saatlarına qədər davam edən danışıqlarda bir çox məsələlərə aydınlıq gəlmişdi. Bəzi anlaşılmaz qalan məsələlər var idi ki, bunun üçün səhərisi günə, iyunun 21-ə görüş təyin edilmişdi.
DİA.AZ bildirir ki, Publika.az-ın əldə etdiyi məlumata görə, nə baş veribsə, elə 21-i səhər saatlarında baş verib. Adı "Neftçi" ilə hallandıqdan sonra telefonlara cavab verməyən, zəngləri və mesajları əngəlləyən Sərgən Yalçın İstanbuldan gələn bir zəngi cavablamaq qərarına gəlib. Bu telefon danışığından sonra 50 yaşlı məşqçi "ağ-qaralar"la başqa üslubda, tamam başqa şərtlərlə danışıb. Hətta ilk gündəki razılaşmaların üstündən xətt çəkib. İlk gündə 1 milyon dollarlıq maaşa razı olan Sərgən zəngdən sonra bakılılardan 2 dəfə çox pul istəyib. Onun əlavə istəkləri də olub. Hətta bəzi türkiyəli futbolçuların da xidmətini təklif edib ki, bu da Rövşən Nəcəfi razı salmayıb. Beləcə, tərəflər arasında danışıqlar uğursuzluqla nəticələnib. R.Nəcəf türkiyəli məşqçiyə son təklifini etdikdən sonra görüş başa çatıb. Bundan sonra Sərgən və komandası xüsusi təyyarə ilə İstanbula qayıdıb.
İndi isə qayıdaq "Neftçi" ilə Sərgən Yalçın arasındakı danışıqları pozan zəngə... 50 yaşlı çalışdırıcıyla əlaqə quran şəxs "Fənərbağça"nın idarə heyətinin üzvü Ahmet Ketenci olub. İstanbul təmsilçisinin prezidenti Ali Koçun istəyi əsasında mütəxəssislə əlaqə quran Ketenci onunla görüşmək istədiklərini, "Neftçi" nə təklif edirsə, o şərtləri qarşılamağa hazır olduqlarını deyib. İsrarla Yalçından Türkiyəyə dönməyini istəyib. Bu fürsəti əldən vermək istəməyən Sərgən "ağ-qaralar"la danışıqların pozulması üçün əlindən gələni edib.
O, "Neftçi"nin Müşahidə Şurasının sədri Rövşən Nəcəfdən 2 gün vaxt istəsə də, bu, sadəcə formal istəkdir. Çünki onun istəkləri və davranışı Bakıda müsbət qarşılanmayıb. Türkiyəli məşqçiyə dəvəti qəbul etdiyinə və müzakirələrdə iştirak etdiyinə görə təşəkkür edilib. Onun köməkçisi Murat Şahinin təyyarədən etdiyi "Instagram" paylaşımı da elə bunun göstəricisidir:
"Neftçi" klubu və SOCAR prezidenti Rövşən Nəcəfə bizə göstərdikləri qayğıya görə çox təşəkkür edirik".
Bizdə olan məlumata görə, Sərgən Yalçın bu gün əvvəlcə Ahmet Ketenci, daha sonra Ali Koçla görüşəcək. Ketencinin danışıqlarda iştirak etməsi onun "Fənərbağça"nın baş məşqçisi olma şanslarını xeyli artırır.
Tarix: 22-06-2023, 10:39
-
Bu gün, 18:12
ABŞ-də konqresmen Azərbaycandan rüşvət almaqda ittiham olunur – AP
-
Bu gün, 18:07
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
-
Bu gün, 18:05
Paşinyanla Köçəryan yenidən qarşı-qarşıya: Ermənistanda xaos gözlənilir?
-
Bu gün, 18:01
Həkim gündə nə qədər kolbasa yeməyin təhlükəsiz olduğunu açıqladı
-
Bu gün, 17:58
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
-
Bu gün, 13:53
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
-
Bu gün, 13:46
Bərdədə üç otaqlı ev tamamilə yanıb
-
Bu gün, 12:33
“Rolf”un sahibi Putini ittiham etdi: “Bu, müsadirə kleptokratiyadır”
-
Bu gün, 12:21
Şimali Qafqaz qaynayır.
-
Bu gün, 10:45
Abdulbari Gozalın rəhbərlik etdiyi holdinq və Saleh Məmmədovun sədri olduğu qurum arasında məhkəmə çəkişməsi
-
Bu gün, 10:39
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin "bəzəyi"
-
Bu gün, 10:30
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..." - NARAZILIQ VAR...
-
Bu gün, 10:09
“Xanımlar üz döndərmirlər” - “Dəmir ledi”ni niyə sevir və nifrət edirdilər? – FOTOLAR
-
Bu gün, 07:22
OĞUZDA 10 ha QOZ BAĞINI, SABİRABADDA DA 50 ha YULĞAN MEŞƏSİNİ MƏHV EDİB YERİNDƏ QARĞIDALI SƏPƏN "QOÇULARIMIZ"-Prezidentə müraciət
-
Bu gün, 07:18
Arxektura komitəsində Ramin Abdullayev PROBLEMİ
-
Dünən, 23:21
İƏT Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırdı
-
Dünən, 23:19
Azərbaycanda mülki polis özünü asdı
-
Dünən, 23:10
"Bravo"da vitrindəki qiymətlə kassadakı qiymət fərqli olub - FOTO
-
Dünən, 22:59
XƏBƏRDARLIQ: Yer kürəsini bürüyən “qırmızı” maqnit qasırğasının 5 FƏSADI
-
Dünən, 22:57
Gürcüstanda sular durulmur - prezidentdən sərt ittiham
-
Dünən, 22:46
Xankəndiyə əhali niyə köçürülmür? - Mühüm səbəb
-
Dünən, 22:44
Rektorların xaricdəki milyonluq əmlakları: Tələbələri qəsdən kəsir, zülm edirlər
-
Dünən, 22:41
BU DEPUTATLAR MANDATLA VİDALAŞA BİLƏR - Yaxınlaşan seçkilərlə bağlı yeni iddialar
-
Dünən, 18:09
Hitlerin təbliğat naziri Cozef Göbbelsin "evi yıxılacaq" - Berlin villanın xərclərindən qurtulmaq istəyir
-
Dünən, 18:02
“Yelo Bank”dan şikayət: “Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun”
-
Dünən, 18:01
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər (ARAŞDIRMA)
-
Dünən, 17:57
"Azərsun Holdinq"ə daxil olan mağazalar şəbəkəsindən şikayət:-NARAZILIQ
-
Dünən, 17:46
Baş prokurorluq Paşinyanın cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı MTX-yə təqdimat göndərib
-
Dünən, 17:44
Efir səfehliyinin zirzəmi səviyyəsi - İyrənclik böyüdükcə böyüyür + VİDEO
-
Dünən, 14:17
Saxta “Fairy”, “Domestos”, “Ariel” hazırlayan sex aşkarlandı – Video
{sape_links}{sape_article}