Hökumət statistikada yoxsulluğu 10 dəfə azaldıb

Hökumət statistikada yoxsulluğu 10 dəfə azaldıb Rəsmi statistikaya əsasən ölkədə yoxsulluq cəmi 5 faiz təşkil edir. Bu da təqribən 500 min nəfər insanın yoxsul olması deməkdir. Bütün problem isə ondadır ki, Azərbaycanda yaşayış minimumunu hesablayan indikatorlar çoxdan köhnəlib və indiki reallıqlara uyğun gəlmir. Hökumət də məhz bu alət və rəqəmlərlə “oynayaraq” faktiki real yoxsulluq səviyyəsini təqribən 10 dəfə azaldıb.

Bir çox ölkələrdə yaşayış minimumu Azərbaycandan fərqli hesablanır. Buraya təkcə ərzaq yox, kommunal, nəqliyyat, internet xidmətləri, istirahət, mütaliə və səhiyyə xərcləri daxil edilir. Avropa Birliyinin ən kasıb ölkəsi olan Bolqarıstanda aylıq gəlirləri 195 avrodan (bu isə təqribən 400 manat deməkdir) az olan vətəndaşlar yoxsul sayılır. Azərbaycanda yaşayış minimumunu hesablama indikatorları beynəlxalq standartlara uyğunlaşdırılsa Azərbaycanda yoxsulluq səviyyəsi sadəcə ‘uçar’”
Tarix: 5-11-2017, 08:54
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}