İsgəndər Həmidovun 20 şirvanı, “Lotu Quli”nin etirazı... - Qobustan türməsindəki dialoq
Ötən il dünyasını dəyişən Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidovla 2020-ci ilin avqustunda İstanbulda qətlə yetirilən “Lotu Quli” ləqəbli “Qanuni oğru” Nadir Səlifov eyni həbsxanada cəza çəkiblər.
Həmin müddətdə Səlifovla Həmidov arasında maraqlı dialoqlar olub.
Bu barədə sabiq məhkum söhbət edərkən bildirir ki, “Lotu Quli” ilə İsgəndər Həmidovun bir-birinə qarşı hörməti vardı:
“Həmidov məhkumlar arasında nüfuzlu idi. Keçmişində “paqon” daşımasına görə onun oğru dünyasındakı yeri başqa idi. Kiminsə taleyinin həll olunmasına dair müzakirələrdə iştirak edə bilməzdi. Çünki “katyol”da oğru mandatı yox idi. Kriminal baxımdan olmasa da, siyasi baxımdan avtoritet idi. Ona hamı hörmət bəsləyirdi. Çünki nazir olduğu vaxt 701 nəfəri azadlığa buraxmışdı. İsgəndər Həmidovun olduğu korpusda heç kim karserə salınmır, “sutka” yatmırdı. O, məhkumları qoruyurdu. Bir dəfə gördü ki, tanınmış məhkumlardan birinin ərzağı həddindən artıq çoxdur. Bunu bir həftəyə yeyib qurtara bilməz, ərzaq xarab olacaq. O, həmin ərzaqları götürüb, ehtiyacı olanlara payladı. Ərzağın sahibi olan məhkum isə etiraz etdi. Dedi ki, “bu hərəkətin adı nədir?” İsgəndər Həmidov cavab verdi ki, “adamlar orada acından ölür, sən burada ərzağı xarab edirsən.
Qobustan həbsxanasında olanda bir dəfə “gəzintidə” maraqlı bir söhbət eşitdim. O başa, bu başa addımlayırdıq. Birdən İsgəndər Həmidov dedi ki, filan kameraya 20 şirvan pul göndərmişəm, xəstələri var. “Lotu Quli” də qayıtdı ki, “niyə elə etmisiz, bəy? Axı ora “praqon” altındadır. Ora “obyavka” olunan “qad”ların kamerasıdır.
“Obyavka” məhbusların statusunun bəyan edilməsidir. “Qad”lar isə hətta üzdəniraqlardan aşağıdır. Zonda ən alçaq, əclaf, yaramaz insanları “qad” adlandırırlar. Onlarla ünsiyyətə girmək olmaz. Təsəvvür edin: üzdəniraqlarla müəyyən ünsiyyətə girmək, məsələn, çay istəsələr, vermək olar. Amma “qad”larla heç bir ünsiyyət olmaz.
İsgəndər Həmidov da bunu bilə-bilə onlara pul göndərmişdi. “Quli” elə deyəndə, Həmidov bildirdi ki, “mən “paqon” olmuşam, oğru deyiləm. Adam xəstədirsə, yardım etmək lazımdır”.
Qeyd edək ki, İsgəndər Həmidov 1992-ci ilin avqust-oktyabr aylarında 701 məhbusu həbsdən azad etdiyinə, ”İstiqlal” qəzetinin redaktor və əməkdaşlarını döydüyünə, 400 min dollarlıq mənimsə ittihamları ilə 14 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa çıxmışdı.
Nadir Səlifovun son cəzasının müddəti isə 15 il idi. Ümumilikdə ömrünün 20 ilini dəmir barmaqlıqlar arasında keçirən “Lotu Quli”, 2017-ci ildə azadlığa çıxmışdı.
(Kriminalqafqaz)
Tarix: 15-09-2021, 09:54
-
Bu gün, 17:34
Binəqədinin keçilməz yolları - VİDEO
-
Bu gün, 17:19
Nazir olmaq istəyirdi, indi HƏDƏFƏ ÇEVRİLİB... - İDDİA
-
Bu gün, 15:52
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bu gün, 12:31
“Oğlum xəstə ola-ola əsgər aparıblar” – Cəlilabad sakinindən şikayət – FOTO
-
Bu gün, 12:19
Azərbaycanda 3871 nəfər Çernobıl əlili qeydiyyatdadır
-
Bu gün, 12:18
Yeni Klinikada yoxlama: Saxlanılan var
-
Bu gün, 12:17
Əliyevin tarixi gedişi: Berlinə aparılan “qovluq”da nələr var?
-
Bu gün, 12:02
"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - nə baş verir?
-
Bu gün, 11:34
Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...
-
Bu gün, 09:54
Quru sərhədlərinin bağlı saxlanması təhlükəsizliyə görədir?
-
Bu gün, 09:48
Daha bir bələdiyyə sədri iki vəzifəni icra edir - Qanunlar “çeynənib”?
-
Bu gün, 09:44
Ramin Abdullayevlə tender şirkətləri arasında PUL DAVASI... - BU NƏDİ BELƏ?!
-
Dünən, 15:10
Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Dünən, 15:01
Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ
-
Dünən, 14:54
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
-
Dünən, 14:53
Məhkəmə qərar verdi: İşdən çıxarılan baş həkim vəzifəsinə qaytarılmalıdır
-
Dünən, 14:07
Üstü bəzək, altı təzək BƏRDƏMİZ... - VİDEO
-
Dünən, 12:23
Bakıya göydən kürü yağıb: - İndi isə kilosu 2 min manatadır
-
Dünən, 12:12
“Poz-Qazan” camaatın ÖZ QAZANINI NECƏ BOŞ QOYUR... - VİDEO
-
Dünən, 09:59
Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert
-
Dünən, 09:57
Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?
-
Dünən, 09:56
“Tərbiyəsizlik özünə dövlətdən ikinci evi istəməkdir” - Taleh Yüzbəyovdan Xalq artistlərinə CAVAB
-
Dünən, 09:54
İntihar edən professorun şəxsi həyatı ilə bağlı İLGİNC MƏQAMLAR -VİDEO
-
Dünən, 09:53
Hədəfdə Azərbaycandırsa... - SAVAŞACAĞIQ!!!
-
Dünən, 09:52
Ağ Evdən Kremlə qarşı YENİ HƏMLƏ – Çin və Hindistan Rusiyadan ÜZ ÇEVİRİR?
-
Dünən, 09:50
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur – Yeni faktlar
-
Dünən, 09:49
Aydın Talıbov deputat olmağa hazırlaşır – Rəqabət Məcəlləsi inhisarçı biznesdə təşviş yaradıb
-
Dünən, 09:49
Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...
-
Dünən, 09:48
Keçmiş başçının hospitalından şikayət – Pasientlə “Rela Hospital” arasında nə baş verib?
-
Dünən, 09:48
Narkotik və oğurluq cinayətləri “dəbdədir” - səbəblər
{sape_links}{sape_article}