Milyonlar içində üzür, amma sevgilisi... FOTO



İlon Mask dünyanın ən zəngin adamlarından biridir və o, həm də diqqət mərkəzində olmağı sevir.Belə olanda təbii ki, onun  atdığı hər bir addım izlənilir, maraqla qarşılanır. Bura Maskın şəxsi həyatı da daxildir. Maskın yaşadığı son eşq macərası ilə bağlı iddia isə eşidənləri təəccübləndirib.

Yeni sevgiyə yelkən açdı, keçmiş sevgilisindən övladı oldu...

Çoxlu uşaq sahibi, tez-tez sevgili dəyişən 50 yaşlı İlon Mask iki övladının anası Qrayms ilə romantik münasibətini bitirdikdən sonra özündən yaşca kiçik Nataşa Bassetlə görünməyə başlayıb. Lakin bu ərəfədə onun Qraymsdan bir uşağı da olub.
 
Yeni sevgisi ilə bağlı iddia ondan ibarətdir ki, Maskı Nataşa ilə tanış edən onun anası olub. Beləliklə, çimərlik geyimində “Sports Illustrated” üçün verdiyi pozalarla gündəmi zəbt edən Maye Musk oğluna özü sevgili tapıb.

İddialara görə Maye və Nataşa bir-birlərini 2015-ci ildən tanıyırlar.  Buna doğru ilk addımı atan şəxs Nataşa Bassetdir.  Gənc aktrisa Maye Maskın İnstaqram paylaşımına şərh yazıb və onunla tanış olmaqdan çox xoşbəxt olacağını bildirib. Qadınlar qısa zamanda görüşüb, tanış olublar. Bir qədər sonra Maye Nataşanı oğlu ilə tanış edib. Mask əvvəlcə Nataşaya dost kimi yanaşsa da, son iki il ərzində sevgi münasibətindədir.

Qraymsa gəldikdə isə, ötən ilin dekabrında ikinci övladları dünyaya gəlsə də, cütlük bir araya gəlməyib. Qryams və Mask artıq uzun zamandır ki, ayrı-ayrı evlərdə yaşayır. Hər ikisi açıqlamasında münasibətlərinin bu cür formada davam etməsindən məmnun olduqlarını bildirib. "İkimiz də azad olmalıyıq", -deyə Qryams bu haqda açıqlamasında bildirib.

Xalidə Gəray
Musavat.com 








Tarix: 2-06-2022, 22:22
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}