Alla Puqaçova Moskvaya dönüb, Qalkin Yeni Zelandiyaya yollanır...

Alla Puqaçova Moskvaya dönüb, Qalkin Yeni Zelandiyaya yollanır...
"Puqaçova Ukraynadakı müharibəyə öz fikrini ifadə etməyib, Qalkin isə müharibə əleyhinə bir sıra bəyanatar səsləndirib..."
 
Rusiya estradasının primadonnası Alla Puqaçova Rusiyaya qayıdıb.
 
Moderator.az xəbər verir ki, dizayner İqor Qulyayev onun videosunu "İnstragram"da yerləşdirib.
 
"Çoxdan istəyirdim, sadəcə, heç cür toparlana bilmirdim", - müğənni Qulyayevin heyrət doğuran replikalarına belə cavab verib.
 
Puqaçova əri ilə Ukraynada hərbi əməliyyatlar başlanandan sonra Rusiyanı tərk edib. Əvvəlcə onlar İsrailə, iyunun sonunda isə Latviyaya gedib.
 
Rusiyda Puqaçovanın ölkəni tərk etməsi Qalkinə nisbətən daha rəğbətlə qarşılanıb.
 
Bu, ulduzların Ukrayna ərazisində hərbi əməliyyatlara münasibətilərilə bağlı olub.
 
Primadonna öz fikrini ifadə etməmək qərarı verib, onun həyat yoldaşı isə müharibə əleyhinə bir sıra bəyanatlar səsləndirib.
 
"Vətənpərvər əhval-ruhiyyəli" Rusiya KİV-ləri parodiyaçını İsraildə səsləndirdiyi, guya, Rusiyaya "qara yaxan" yeni zarafatları və monoloqlarına görə ittiham edib.
 
Rusiya mətbuatında Qalkinin Puqaçovaya neqativ təsir etməsi barədə fikirlər dərc edilib.
 
Rusiyada ünvanına tənqid atəşi yağdırılan və hətta onu cinayət məsuliyyətinə cəlb etmək çağırışları səslənən Maksim Qalkin, hələlik, davakar Kremlyönümlü ictimaiyyətdən uzaq durmağa üstünlük verir.
 
Avqustun 24-də o, Londonda konsert verib, sentyabrın 8-də onun Yeni Zelandiyanın Oklend şəhərində çıxışı planlaşdırılıb.
 
Bu konsertin biletinin qiyməti təxminən 170 ABŞ dollarınadır, biletlərin böyük hissəsi artıq satılıb.

Tarix: 28-08-2022, 08:58
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}