DİQQƏT: GÜNƏŞDƏKİ QARA DƏLİKDƏN “RADİASİYA KÜLƏYİ” SÜRƏTLƏ YERƏ DOĞRU GƏLİR!


Günəşdə 60 dənə Yerdən daha böyük olan nəhəng bir “dəlik” dünyaya super sürətli radiasiyalı günəş küləyi səpir.
Tribunainfo.az Spaceweather.com nəşrinə istinadən xəbər verir ki, alimlər Günəşin ekvatoru yaxınlığında tac dəliyi kimi tanınan nəhəng qaranlıq bölgə aşkar ediblər. Buradakı qara dəlikdən qeyri-adi sürətli radiasiyalı günəş küləyi sürətlə Yerə doğru yayılır.
Alimlər deyirlər ki, 60 Yerdən daha geniş olan keçici boşluğun ölçüsü və istiqaməti Günəş dövrünün bu mərhələsində misli görünməmişdir.
Tac dəliyi kimi tanınan nəhəng qaranlıq bölgə dekabrın 2-də günəş ekvatoru yaxınlığında əmələ gəlib və 24 saat ərzində maksimum eni təxminən 497.000 mil (800.000 kilometr) olub. Günəş boşluğu dekabrın 4-dən etibarən birbaşa Yerə yönəlib.
Tac dəlikləri günəş dövrünün istənilən nöqtəsində baş verə bilər, lakin NOAA-ya görə, günəş minimumu zamanı daha çox rast gəlinir. Günəş maksimumu zamanı meydana gəldikdə, onlar adətən ekvatorun yaxınlığında deyil, günəş qütblərinin yaxınlığında yerləşirlər. Buna görə də, günəş maksimumuna bu qədər yaxınlaşdığımız zaman ekvatorun yaxınlığında belə böyük bir dəliyin necə açıldığı sirr olaraq qalır.
Tarix: 12-12-2023, 16:45
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}