Bu gün “Odyssey” Aya yumşaq eniş etməyə cəhd edəcək

Bu gün “Odyssey” Aya yumşaq eniş etməyə cəhd edəcək.
Yer kürəsi ilə bu əsrarəngiz selfini “Odyssey” adlı avtomatlaşdırılmış kosmik gəmi çəkib.

ABŞ-ın “Intuitive Machines” şirkətinə məxsus bu kosmik gəmi orbitə fevralın 15-də buraxılıb.
Bu gün – 21 fevralda isə “Odyssey” Aya yumşaq eniş etməyə cəhd edəcək.
Onun Ayın cənub qütbündən 300 km məsafədə yerləşən kiçik Malapert A kraterinə endirilməsi gözlənilir.
Missiya uğurlu olsa “Intuitive Machines” Ayın səthinə idarə olunan kosmik modul endirən ilk özəl şirkət olacaq. İndiyə qədər Ay səthinə ancaq 5 ölkə kosmik gəmi endirib – ABŞ, Sovetlər, Çin, Hindistan və Yaponiya.
“Odyssey” enişi uğurlu alınsa NASA Aya yük çatdırmaq üçün yeni səhifə açacaq.
Bu isə Artemida proqramının həyata keşirilməsi və Ayın Cənub qütbündə insanların yaşayış üçün əlverişli baza yaratmağa imkan yaradacaq…

foto:Intuitive Machines]
Sabina Rasim
Tarix: 21-02-2024, 14:08
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}