Zəngəzurda mərmi daşıyan “Ural” aşdı: Erməni hərbçilər ağır yaralandı



İyulun 23-ü günorta saatlarında Qərbi Zəngəzur ərazisində Ermənistan silahlı qüvvələrinə məxsus avtomobil texnikası qəzaya uğrayıb.
 
Bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb.
 
Bildirilib ki, sürücünün idarəetməni itirməsi nəticəsində mərmi ilə dolu "Ural” yük maşını dərəyə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü və yanındakı digər hərbi qulluqçunun ağır bədən xəsarətləri aldığı məlum olub.
 
Qəza nəticəsində partlayışın olması da istisna deyil. Hadisə ilə bağlı cinayət işi açılıb, lakin ictimaiyyətdən gizli saxlanılır.
 
Modern.az
Tarix: 24-07-2021, 16:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}