“Minsk qrupu Qarabağla bağlı uzunmüddətli razılaşma üzərində işləyir...”-Başımıza xeyir...

“Minsk qrupu Qarabağla bağlı uzunmüddətli razılaşma üzərində işləyir...”-Başımıza xeyir... 
“Yenə də ATƏT-in Minsk Qrupunun çənginə keçdiksə, özü də qatı ermənipərəst Fransanın mediatorluğuyla, başımıza xeyir... O halda   Qarabağ “xəmiri” hələ çox su aparacaq...”
 
Fransanın Ermənistana yeni təyin olunmuş səfiri Ann Luyo Amerikanın  "Azaqlıq" radiosunun erməni redaksiyasına(“Azatutyun”) müsahibəsində bildirib ki, Fransa Rusiya və ABŞ ilə birlikdə Qarabağla bağlı uzunmüddətli razılaşma üzərində işləyir.
Moderator.az xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.
 
Səfir təfərrüatlar barədə məlumat verməyib, lakin ATƏT-in Minsk Qrupuna həmsədrlik edən hər üç ölkənin bu prosesdə iştirakını vurğulamağı zəruri hesab edib.
 
“Bilirsiniz ki, mən burada, Ermənistanda ATƏT -in Minsk Qrupunun işində iştirak etmirəm. Bir həmkarım var - Fransanın ATƏT -in Minsk Qrupundakı nümayəndəsi olan Stefan Viskonti… Ancaq artıq deyə bilərəm ki, Nyu-Yorkda irəliləyiş qeydə alınıb: ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə iki xarici işlər nazirlərinin[Ermənistan və Azərbaycan]  görüşünü məmnuniyyətlə təşkil etdik. Bu, kiçik bir addım kimi görünə bilər, amma əslində çox böyük bir addım idi. Ümid edirik ki, bu cür başqa qərarlar da olacaq. Sizi əmin edə bilərəm ki, biz Rusiya və Amerikalı tərəfdaşlarımızla Qarabağla bağlı daha uzunmüddətli razılaşma əldə etməyə yönəlmiş prosesi inkişaf etdirmək üçün çalışırıq" –deyə səfir bildirib.
 
“Azatutyun” radiosunun ATƏT -in Minsk Qrupunun aktivləşməsini gözləməyin mümkün olub-olmadığı barədəki aydınlaşdırıcı sualına Fransanı təmsil edən diplomat belə cavab verib: 
“ATƏT-in Minsk Qrupu artıq, bayaq dediyim kimi, Nyu -Yorkda  fəallaşmışdır. Biz tək deyilik. Düşünürəm ki, Ermənistan və Azərbaycan da hərəkət etməlidir”.
 
P.S. Yenə də ATƏT-in Minsk Qrupunun çənginə keçdiksə, özü də qatı ermənipərəst Fransanın mediatorluğuyla, başımıza xeyir... O halda   Qarabağ “xəmiri” hələ çox su aparacaq...

Tarix: 13-10-2021, 09:55
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}