Ermənistan spikeri "Ağdam sizin vətəninizdir?" sualını necə cavablandırdı?..

Ermənistan spikeri
"Bütün Ermənistan yüksəkliyi mənim vətənimdir". Ermənistan parlamentinin spikeri Alen Simonyan mayın 31-də parlamentdə jurnalistlərə müsahibəsində "Ağdamı öz vətəni hesab etməkdə davam edirmi" sualına cavab verərkən bildirib. Belə ki, əvvəllər, Serj Sarkisyanın prezidentliyi dövründə o, Ağdamdan foto dərc edərək altında Ağdamın onun vətəni olması barədə qeyd qoyub.
 

Moderator.az xəbər verir ki, bu haqda "News.am" nəşri məlumat yayıb.
 
“Mənim nənəm Qarsda doğulub, ona görə də Qars müəyyən qədər mənim vətənimdir, çünki mənim babalarım, nənələrim Qarsdandır. Və müharibədən əvvəlki və sonrakı vəziyyəti müqayisə edərək “Facebook”un məntiqi ilə "bunu o vaxt demişdiniz, sonra belə bəyan etdiniz" deməyə gəldikdə, bilirsiniz, hər dəfə hansısa özünəmxəsus situasiya, siyasət yaranır və artıq  dünyada vəziyyət dəyişib”, - deyə Simonyan bildirib.
 
Ermənistan parlamentinin spikeri vaxtilə Ağdamın bizim vətənimiz olmadığına inandığı üçün Serj Sarkisyanı tənqid etmək üçün belə açıqlama verdiyini qeyd edib:
 
“Serj Sarkisyan vəzifədə olduğu müddətdə, xüsusən də sonda ictimaiyyətə belə bir fikri çatdırmağa çalışdı ki, onlar Artsaxın artıq danışıqlar mənasında geri çəkilə bilməyəcəyi ilə bağlı danışıqlar aparırlar. Bunu isə onun azərbaycanlı uşaqlarının buraya gəlib yaşamasını istədiyini deməsi sübut edirdi. Bir dəfə dedi ki, sərhəd kəndlərində yaşamasınlar, başqa yerə köçsünlər, ya da özünün dediyi kimi: "bu 800 hektarın taktiki baxımdan heç bir əhəmiyyəti yoxdur". Bütün Erməni dağları mənim Vətənimdir, bütün Erməni dağları”.
 
Jurnalistin "Ağdam da sizin vətəninizdir" dəqiqləşdirici sualının cavabında parlament sədri jurnalisti həyasızlıqda ittiham edib və qalan suallara cavab verməyib.
 
Sultan Laçın
Tarix: 31-05-2022, 18:14
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}