Ermənilər müharibə hazırlıqlarına başladılar


Azərbaycan və Ermənistan ictimaiyyətində sentyabr-oktyabr aylarının hərbi əməliyyatlar dövrü olması haqda fikir formalaşıb. Təsadüfi deyil ki, son günlər erməni sosial şəbəkə istifadəçiləri, habelə ekspertləri bu aylarda yeni eskalasiya olacağını iddia edirlər. Azərbaycanda da sentyabr-oktyabr aylarında həm separatçılara qarşı antiterror əməliyyatlarının, həm də sərhəd toqquşmasının olacağına dair bir qənaət var. Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Xəyal Bəşirov deyib ki, rəsmi Bakı mövcud vəziyyətlə razılaşmayacaq:
 
“Hesab edirəm, ermənilər bizim mövqeyimizi bildikləri üçün müharibə hazırlıqlarına başlayıblar. Yəni onların belə fikirlər səsləndirməsi heç də uzaqgörən olduqları üçün deyil.
 
Ermənistan tərəfi 10 Noyabr və bir neçə digər bəyanatı, habelə Brüssel və Vaşinqton razılaşmalarını kobud şəkildə pozur. Belə olan təqdirdə rəsmi Bakı adekvat addımlar atmağa məcburdur. İndiki məqamda həm antiterror əməliyyatı, həm də Ermənistanı sülhə məcburetmə əməliyyatı konstitusiyamıza və beynəlxalq hüquqa uyğundur.
 
Politoloq qeyd edib ki, əməliyyatlar təkcə Azərbaycan ərazisində deyil, Ermənistan ərazisində də aparıla bilər:
 
“Hərbi toqquşmalar olsa, bu, Ermənistanın yaydığı iddialara və ya diktəsinə görə deyil, rəsmi Bakının milli maraqlarını qorumaq və ərazi bütövlüyünü təmin etmək üçün baş tutacaq”.
Tarix: 25-08-2023, 23:31
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}