Erməni hərbi ekspertdən MÜHARİBƏ XƏBƏRDARLIĞI

 
“Baş nazir Nikol Paşinyan Ermənistanın istənilən ərazisini Azərbaycana verməyə hazırdır. Bu məsələdə Paşinyan yalnız bir məsələni nəzərə alır - bu hərəkətlər sonradan onun hakimiyyətini sarsıdacaq, ya yox”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli hərbi ekspert Ayk Nahapetyan deyib.
Nahapetyana görə, Paşinyan Ermənistanda hakimiyyəti saxlamaq üçün Qərbdən təminat alıb və buna görə də hesab edir ki, qanundan və Konstitusiyadan kənar hərəkət etmək hüququ var. Başqa bir məsələ ərazilərin təhvil verilməsi zamanı Paşinyan iqtidarının ciddi problemlərlə üzləşə bilməsi ilə bağlıdır.
“Həmin proses hipotetik olaraq Paşinyanın gücünü sarsıda bilsə, müharibə olacaq”, - deyə Ayk Nahapetyan qeyd edib.
Onun sözlərinə görə, hakimiyyət təslimiyyətin problemsiz baş tutması üçün bütün lazımi şəraiti yarada bilsə, o zaman ərazilər döyüşsüz veriləcək.
“44 günlük müharibədən sonra Azərbaycan silah və hərbi texnika almağa davam edir, Türkiyə ilə 30-dan çox hərbi təlim keçirib, mütəxəssislər hazırlayır. Bütün bunların fonunda Ermənistanda hərbi təlim keçirilmir, yəni ölkənin silahlı qüvvələri mümkün hərbi əməliyyatlara hazırlaşmır. Belə şəraitdə ərazilərin müharibə yolu ilə təslim edilməsi daha asandır, çünki Azərbaycan ordusu müharibəyə hazırdır, biz isə hazır deyilik”, - deyə Nahapetyan qeyd edib.
Tarix: 11-12-2023, 15:40
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}