Xankəndidə yaşayan Mişadan müraciət: "Hər şey qaydasındadır" - VİDEO


Qarabağın erməniəsilli sakini Mişa Qurqani Qriqoryan ermənilərə və azərbaycanlılara video müraciət edib.
 
Modern.az-ın məlumatına görə, o, hazırda Xankəndidə yaşadığını deyib:
 
“Hər şey qaydasındadır. Hər kəs məni Mişa kimi tanıyır, azərbaycanlılar mənimlə doğma qardaşı kimi davranırlar, yemək-içməyimiz qaydasındadır”.
M.Qriqoryan təhlükəsizlikdə olduğunu, mühafizəsiz gəzdiyini vurğulayıb:
 
“Ancaq şəhərdən kənara çıxanda, ya postu keçəndə məni müşayiət edirlər”, - deyə o bildirib.
 
Videonun sonunda o, ermənilərə və azərbaycanlılara müraciət edərək hər kəsi bir-birləri ilə dost olmağa, bir-birlərini sevməyə çağırıb.
Tarix: 13-12-2023, 11:39
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}