TƏCİLİ! Erməni qruplaşması Azərbaycan kəndinə girəcəyini ELAN ETDİ

 

TƏCİLİ! Erməni qruplaşması Azərbaycan kəndinə girəcəyini ELAN ETDİ
Ermənilər Qazaxın işğal altında olan Yuxarı Əskipara kəndinə “ekskursiya” təşkil etməyi planlaşdırır.

Siam.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Qazax rayonunun Ermənistanın işğalı altında qalan kəndlərində fəaliyyət göstərən “Döyüş qardaşlığı” qanunsuz birləşməsi məlumat yayıb.

Vurğulanıb ki, guya “ekskursiya”nın məqsədi Yuxarı Əskiparanın gözəl təbiəti və tarixi-mədəni yerləri ilə tanış olmaqdır.

Qanunsuz fəaliyyət göstərən qruplaşma bununla həm də “Ermənistan vətəndaşlarının istənilən ərazilərə sərbəst hərəkət etmək hüququnun olduğunu göstərmək” niyyətindədir.

“Martın 17-də Yuxarı Əskipara kəndində görüşəcəyik”, – “Döyüş qardaşlığı”nın mesajında deyilir.

Xatırladaq ki, Qazaxın 7 kəndi ( Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli) 1990-cı ildən bugünədək erməni işğalı altındadır. Azərbaycan ərazilərinə bu cür “səfər”lərin təşkil olunması qeyri-qanunidir və Ermənistanın növbəti riyakarlığının göstəricisidir.

Bir müddət əvvəl Yuxarı Əskipara kəndinə girən “Döyüş qardaşlığı” təşkilatının üzvləri Avetis Avetisyan (2020-ci il müharibəsinin iştirakçısı) və Henrik Mkrtçyan saxlanılmış, daha sonra sərbəst buraxılmışdılar. Erməni mənbələri yazırdı ki, onlara sözügedən kəndə girmək qadağan edilib və buranın Azərbaycana təhvil veriləcəyi deyilib.

Rəsmi İrəvan 17 martdakı qanunsuz “ekskursiya”ya icazə versə, bu, sülh prosesinə vurulan növbəti zərbə olacaq.


Tarix: 10-03-2024, 09:17
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}