“Delta” qalmaqalı: “Şişirdilmiş mutasiyadır, arxasında biznes maraqları da ola bilər” - İNFEKSİONİST




Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Təcili yardım proqramının direktoru Maykl Ryan bildirib ki, son 1 həftədə koronavirusa yoluxma və ölüm sayında stabilləşmə müşahidə olunur.
“Son iki həftədənin koronavirusla bağlı qrafikinə baxsanız, çox yüksək səviyyədə sabitləşmə olduğunu görə bilərsiniz”,-deyə o qeyd edib.
O bildirib ki, son bir həftə ərzində dünyada 2.6 milyon COVID-19 infeksiyası və 54 min ölüm hadisə baş verib:
“Hazırda dünyada epidemioloji vəziyyət 2-3 ay əvvələ nisbətən daha yaxşıdır.
Eyni zamanda, bəzi ölkələrdə və bölgələrdə xəstələnmə səviyyəsində kəskin azalma olsa da, digər ölkələrdə sürətlə artım müşahidə edilir”.
Artıq 1 ya yaxındır ki, “Delta” ştammı haqqında qorxunc fikirlər səslənir və insanlar təhlükə içində saxlanılır. Bildirilir ki, bu mutasiya sürətli şəkildə yayılır və bir çox insanın yoluxmasına səbəb olur.
Lakin digər tərəfdən də ÜST rəsmisinin bu açıqlaması ziddiyətli məqami göz önünə sərir. Yoluxmanın artdığı deyilən bir zamanda qurum yetkilisinin belə açıqlama verməsi bəzi sualları ortaya çıxarır.
“Delta” deyildiyi qədər təhlükəlidirmi? Ümumiyyətlə, ÜST rəsmisinin bu açıqlamasından yola çıxaraq, deyə bilərikmi ki, təhlükə artıq azalıb?
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında infeksionist Mərdan Əliyev bildirib ki, bu ştamm haqqında deyilən fikirlər tam da doğruluğu əks etdirmir:
““Delta” ştammı şişirdilmiş bir mutasiyadır. Bunun arxasında biznes maraqları da ola bilər. 100-ə qədər ölkədə tapılıb və Almaniya, İngiltərədə yoluxmanın 50 faizə qədəri “Delta” ştammının payına düşür. Yoluxduruculuq qabiliyyətinin də 60 faizdən yuxarı olduğu deyilir. Dediyim kimi, bunların heç biri elmi sübut olunmayıb. Sadəcə statistik göstəricilərdir və bunun da nə qədər doğru olduğu bilinmir. Koronavirusa yoluxub sağalanlar, yoluxub rəsmi qeydiyyata düşməyənlər də var, eyni zamanda vaksinasiya prosesi gedir. Təbii ki, bunların hamısının stabilləşmədə rolu var. Həm də ki, yay fəslində bütün kəskin respirator infeksiyaların aktivliyi xeyli dərəcədə düşür. Bütün bu faktorlar koronavirusa yoluxmada azalmaya və stabilləşməyə gətirib çıxarır”.
Mütəxəssis bu müddət ərzində “Delta” ştammı Azərbayacana gələrsə, yoluxmanın artacağını düşünmür:
“Amma gələrsə, payıza doğru yoluxma arta bilər. Buna görə bir az ehtiyatlı davranmalıyıq. Fərdi şəkildə də olsa, gigiyenik qaydalara əməl etməliyik. Heç yoluxmayan şəxslər xüsusilə diqqətli olmalıdır”.
Tarix: 6-07-2021, 22:35
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}