"Onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə əhatə olunmaması böyük problemdir" - Komitə sədri


"Səhiyyə komitəsi olaraq hesab edirik ki, icbari tibbi sığorta bir sıra xidmətləri çıxmaqla bütün müayinə və müalicəni əhatə etməlidir. Onkoloji xəstəliklərin hələ də icbari tibbi sığorta ilə əhatə olunmaması böyük problemdir".
Siam.az-ın bildirdiyinə görə,"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.
"Bununla bağlı iş gedir. Əmin olmaq istəyirəm ki, bu yaxınlarda məsələ öz həllini tapacaq", - deyə komitə sədri bildirib.
Ə.Əmiraslanov qeyd edib ki, son illər Azərbaycanda ana və uşaq ölümlərinin sayında azalma olsa da, bu istiqamətdə müvafiq orqan və Milli Məclisin Səhiyyə komitəsinin qarşısında görüləcək işlər hələ çoxdur:
"Bu sahədəki rəqəmlər MDB məkanı ilə müqayisədə aşağı olsa da, Avropa və dünyanın bəzi ölkələri ilə müqayisədə qaneedici deyil. Ona görə də bu istiqamətdə görüləcək işlər gücləndirilməlidir”.


"Onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə əhatə olunmaması böyük problemdir" - Komitə sədri



Tarix: 19-01-2024, 13:21
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}