Yaşıl, yoxsa qırmızı alma - hansı daha faydalıdır? Gündə bir alma yesəniz...

Yaşıl, yoxsa qırmızı alma - hansı daha faydalıdır? Gündə bir alma yesəniz...
Almanın üstünlüyündən xəbərdar olduqdan sonra siz bu meyvənin gündəlik qida rasionunuzda olmalı olacağına möhkəm əmin olacaqsınız.
Gündə bir alma yeməklə orqanizminizin bir çox xəstəliklərə qarşı dözümlü edəcəyinizdən xəbəriniz varmı?
 
Bu barədə Türkiyənin "Haber7" nəşri yazıb.
 
Yetişmiş almada 60 kkal var və 85 faiz sudan ibarətdir. Yaşıl, yoxsa qırmızı almanın daha faydalı olduğu barədə nə zamansa düşünmüsünüznü? 
 
Orqanizmdə iltihabı azaltmaqdan astmadan müdafiəyədək bir çox cəhətlərinə görə faydalı olan bu meyvə ilə yaxından tanış olmağı təklif edirik. 
 
Hansı alma daha faydalıdır, qırmızı almanın yaşıl almadan fərqi nədir və gündə bir alma yesək nə baş verəcək?
 
Qansa şəkərin miqdarının normallaşması
 
Almanın tərkibində selülozanın miqdarının yüksək olması qanda şəkərin miqdarının normallaşmasına kömək edir.
 
Tədqiqatlar göstərib ki, gündə bir alma yemək ikinci tip şəkərli diabetin inkişaf riskini azalda bilər.
 
Xolesterinin miqdarının aşağı salınması
 
Almanın tərkibində antioksidantlar və selülozanın olması qanda xolesterinin miqdarına nəzarət etməyə kömək edir.
 
Müxtəlif tədqiqatlar gösrərib ki, almadan müntəzəm istifadə edilməsi xolesterinin ümumi miqdarını aşağı sala bilər.
 
Arterial təzyiqin aşağı salınması
 
Tərkibində kaliumun olması səbəbindən alma arterial təzyiqi aşağı sala bilər. Kalium qan damarlarını genişləndirərək bu göstəriciyə nəzarət etməyə kömək edir.
 
İltihabın azalması
 
Almanın tərkibində iltihabəleyhinə təsirə malik olan kversetin var. Bunun sayəsində bu meyvə orqanizmdə iltihabı azaldır və onu xroniki xəstəliklərdən qoruyur.
 
Astma riskinin azalması
 
Tədqiqatlar gösrərib ki, almadan istifadə edilməsi astmanın inkişaf etməsindən qoruya bilər. Cavan adamlar üzərində aparılan eksperiment nəticəsində müəyyən edilib ki, alma astma riskini azalda bilər.
 
Mikrobiomun möhkəmlənməsi
 
Almanın tərkibində olan selüloza və probiotiklər bağırsağın sağlamlığı üçün faydalıdır. Bu, orqanizmin mikrobiomunu möhkəmləndirir və həzm sisteminə kömək edir.
 
Doyma hissinin saxlanılması
 
Almada olan selüloza həzmi ləngidir və doyma hissini təmin edir. Bu xüsusiyyət çəkiyə nəzarət etməyə kömək edir və uzun müddət doyma hissini saxlayır.
 
Uzunömürlülüyə sövq edir
 
Almadan müntəzən olaraq istifadə edilməsi ömrü uzadır. Tədqiqatlar göstərib ki, alma təcrübə iştirakçılarının ömrünün uzanmasına təsir edib.
 
Ürək xəstəlikləri riskinin azalması
 
Almanın qida rasionuna əlavə edilməsi ürək xəstəlikləri və xərçəng riskini azaldır. Tədqiqatlar göstərib ki, alma yeyənlərdə ürək xəstəliklərinin yaranma ehtimalı aşağı olub.
 
Yaşıl, yoxsa qırmızı alma?
 
Yaşıl və qırmızı alma arasında ciddi dad fərqi var. Yaşıl alma adətən türş olur, qırmızı alma dadına görə daha şirin və yumşaq olur.
 
Hər iki növ alma sağlam qidalanmanın mühüm tərkib hissəsidir və seçim fərdi xüsusiyyətlərə görə edilə bilər.
 
Müəllif: Beyzanur Özbostan
Moderator.az
Tarix: 22-01-2024, 08:49
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}