“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
“Şəkər xəstələrinin istifadə etdikləri “Synjardy” adlı dərman preparatının son iki ildir, bir qutusu 72-74 manata satılırdı. Təxminən, iki həftə öncə bu dərman birdən-birə şəbəkədən itdi. Elə həmin ərəfədə "Siqduo Lonq" peyda oldu və bütün apteklərdə birinci dərmanın əvəzedicisi kimi 230 manata satılmağa başladı. Üç dəfə baha... Birinci dərmanın taleyi nə oldu? Artıq Azərbaycana çatdırılmır. Bununla əlaqədar tapşırıq verdim, təxminən, 30-40 aptekə baxıldı. Hamısında eyni sözü dedilər, ““Synjardy” yoxdur, əvəzedicisi var, birə-birdir...” Həkimlərlə də məsləhətləşdim. Dedilər ki, bəli, əvəzedicini istifadə etmək olar. Bəs qiyməti niyə bu qədər bahadır? Həkimlər dedilər ki, bunu biz bilmirik, dərman ticarəti ilə məşğul olanlar bilər. Məsələnin izinə düşdüm. Niyə qeyri-insani, qeyri-müsəlmani addım atılır. Dedim, bəlkə, zavod partlayıb, birinci dərman istehsal olunmur, yaxud nəsə faciəvi bir şey olub. İki ildir, sözügedən dərman Azərbaycana gəlirdisə, indi gəlmirsə, burada ağlabatan səbəb olmalı idi. Səhiyyə sektorundan bu işi bilən biri ilə məsləhətləşdim. Təxminən, bir gün sonra mənə xəbər verdi ki, bu dərmanlar Tarif Şurasından keçməyib. Yəni Şuranın siyahısına düşməyib, ölkəyə şirkətlər tərəfindən gətirilib. Onlar da müstəqil formada qərar verirlər...”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.
“Yenidən bir neçə ekspertdən soruşdum. Cavab verdilər ki, dərmanların qiyməti arasında bu qədər fərq ola bilməz. Hətta "Synjardy"nin istehsalçısı çox məşhur bir şirkətdir. İnterdən kifayət qədər məlumat əldə edə bilərsiniz. Sadəcə, bu, çox köhnə fırıldaqdır. Bir dərmanı ölkədə mənimsədirlər, insanlar hiss edirlər ki, bu dərman onlara yaxşı təsir edir, həkimlər də bəyənirlər, çünki həqiqətən keyfiyyətli dərmandır. Sonra fırıldaq nəticəsində tərkibi eyni olan və başqa zavodun istehsal etdiyi digər dərman ölkəyə gətirilir. Qiyməti isə iki-üç dəfə artırılır. İnsanlar da məcbur qalıb 73 manatlıq dərmanın əvəzinə 230 manatlıq dərmanı alırlar. Bu, birinci hal deyil. Hamının yadındadır ki, təxminən, üç il əvvəl başqa bir dərmanla bağlı çıxışlar etdim. Onda da 1 qramlıq ampulaların əvəzinə 0,5 ml ampula eyni qiymətə satılırdı. Həmin çıxışımdan sonra əməlli başlı problemlər yarandı. Mənə müraciətlər oldu, söz verildi ki, dərman 1 qramlıq ampula ilə Azərbaycana çatdırılacaq. Bu günə qədər də çatdırılır, həmin qiymətə satılır... Artıq məndə suallar yaranır. Yenə də deyirəm, iki dərman da keyfiyyətlidir. Amma 3 dəfə baha? Bu, böyük sual işarəsidir. Bu işdə marağı olan müəyyən “tüccarlar”, onlara kömək edən məmurlar var. Təsəvvür edin, bir xəstə ayda iki qutu əvəzedici alsa, deməli, 460 manat pulu verməlidir. Bayramdan əvvəl bununla bağlı komitə iclasında da çıxış etdim, dərmanların adını da çəkdim. İstəyirəm ki, məsələni ictimaiyyət də bilsin. Bundan sonra isə suallarım rəsmi formada dövlət qurumlarına olacaq. Siz buna necə nəzarət edirsiniz? Münasibətiniz nədir? Belə başa düşdüm ki, həmin dərmanlar ölkəmizə dövlət xətti ilə gəlmir. Bəs necə gəlib? Bunun qiymətini kim müəyyənləşdirir? Kim icazə verir ki, bu qiymətə dərman satılsın?”
Tarix: 29-03-2024, 11:56
-
Bu gün, 11:13
Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!
-
Bu gün, 10:04
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Bu gün, 10:00
Rusiya “üçtərəfli bəyanat” deyib durur, amma qatar sürtələ uzaqlaşır - Bir razılaşmanın izi ilə – adı var, özü yoxdur
-
Bu gün, 09:58
Dehlidən Moskvaya zərbə: ən böyük xarici silah bazarı müharibənin qurbanı oldu - NƏ BAŞ VERİR?
-
Bu gün, 08:25
Polşa Avropadakı tərəfdaşlarını Rusiya ilə sərhədlərdə raketdən müdafiə sistemləri yerləşdirməyə çağırıb
-
Bu gün, 08:01
Şəhərsalma və Arxitektura Komitəsinin “Az Graft Construction” sevgisi: milyonlar tenderlə yeyilir
-
Bu gün, 07:57
"Belə bir xəstəyə 3-cü qrup əlillik dərəcəsi verirlər..." - AXI NİYƏ?
-
Bu gün, 07:54
Quru sərhəd bağlıdırsa, narkotik ölkəyə necə keçir?-VİDEO
-
Dünən, 23:20
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
-
Dünən, 22:44
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Dünən, 22:30
“Ərazisində silahlı terrorçu varsa, Azərbaycan nə etməli idi?!” - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 22:26
Regionda yeni reallıqlar - Pensiya maxinasiyası, ağ bilet süründüməçiliyi
-
Dünən, 22:19
Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları qətl etdi-FOTOLAR
-
Dünən, 22:16
Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi
-
Dünən, 22:11
“Azercell” paylaşdığı elana görə “2” aldı – Foto
-
Dünən, 21:53
İcra hakimiyyətləri prezidentin xüsusi nümayəndəliyi ilə əvəz OLUNUR? - İLGİNC GƏLİŞMƏ...
-
Dünən, 21:37
“Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO
-
Dünən, 17:34
Binəqədinin keçilməz yolları - VİDEO
-
Dünən, 17:19
Nazir olmaq istəyirdi, indi HƏDƏFƏ ÇEVRİLİB... - İDDİA
-
Dünən, 15:52
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Dünən, 12:31
“Oğlum xəstə ola-ola əsgər aparıblar” – Cəlilabad sakinindən şikayət – FOTO
-
Dünən, 12:19
Azərbaycanda 3871 nəfər Çernobıl əlili qeydiyyatdadır
-
Dünən, 12:18
Yeni Klinikada yoxlama: Saxlanılan var
-
Dünən, 12:17
Əliyevin tarixi gedişi: Berlinə aparılan “qovluq”da nələr var?
-
Dünən, 12:02
"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - nə baş verir?
-
Dünən, 11:34
Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...
-
Dünən, 09:54
Quru sərhədlərinin bağlı saxlanması təhlükəsizliyə görədir?
-
Dünən, 09:48
Daha bir bələdiyyə sədri iki vəzifəni icra edir - Qanunlar “çeynənib”?
-
Dünən, 09:44
Ramin Abdullayevlə tender şirkətləri arasında PUL DAVASI... - BU NƏDİ BELƏ?!
-
25-04-2024, 15:10
Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
{sape_links}{sape_article}